Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Azad edilmiş ərizələrdə həmkarların gedişi

  • 16
    05/2025
  • 17:18
  • 31
  • 1
    0
16.05.2025 - 17:18
31
0

Federasiyanın baş texniki əmək müfəttişi Tofiq Hüseynov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin və Sağlamlığın Mühafizəsi Şöbəsinin təşəbbüsü ilə 2025-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi sahəsində keçiriləcək qabaqlayıcı və maarifləndirici tədbirlərdə iştirak edəcək.

Bu çərçivədə ilk ezam 14-16 May 2025-ci il tarixlərində keçirilərək Qubadlı və Zəngilan rayonlarını əhatə edib. 15 may 2025-ci il tarixində Zəngilan rayonunun Ağbənd kəndində fəaliyyət göstərən müəssisələr – Kalyon MMC, Gölmak MMC, İstanbul Teknik MMC, Aytaha MMC, NN Group MMC, Mertcan MMC, GMKB MMC, KBT MMC, Has İnşaat MMC, Ashan MMC, TRZ MMC, Azdeniz MMC, Horizon MM və Qarabağ Nəqliyyat MMC üzrə ümumilikdə 250 nəfər işçi (2 qrup üzrə) üçün maarifləndirici tədbirlər həyata keçirilib.

Həmin gün Zəngilan rayonunun Ağalı kəndində yerləşən digər müəssisələr – AS İnşaat MMC, Bərpa Tikinti Xidməti PHŞ, Abadlıq R MMC, İnşaat İstehsalat Quraşdırma MMC, Energy Service Group MMC, Azad AF MMC, Merano Construction, OC MMC, Riv Steel MMC və Bərpaçı N MMC üzrə 140 nəfərlik bir qrup üçün əlavə maarifləndirici tədbir təşkil olunub.

Beləliklə, gün ərzində Zəngilan rayonunda fəaliyyət göstərən 24 işəgötürən üzrə ümumilikdə 390 nəfər işçi heyəti üçün 3 maarifləndirici tədbir keçirilib.

16-05-25-3

16-05-25-1

16-05-25-prev

16-05-25-2