"Qlobal istiləşmə və uyğunlaşmaya ədalətli keçid - Azərbaycan həmkarlar ittifaqı seçim qarşısında" mövzusunda silsilə tədbirlər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatsa da, konfransda qaldırılan və qəbul edilən qərarlar hələ də müzakirə olunmaqdadır. Bunu nəzərə alaraq "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası Beynəlxalq Əmək Təşkilatının maliyyə dəstəyi ilə "QLOBAL İSTİLƏŞMƏ VƏ UYĞUNLAŞMAYA ƏDALƏTLİ KEÇİD - Azərbaycan həmkarlar ittifaqı seçim qarşısında" mövzusunda silsilə tədbirlər keçirdib. Tədbirlər 27 fevral saat 11.00 İmişli rayonunda Yeni Azərbaycan Partiyasının binasında , 28 fevral saat 11.00 Sumqayıtda Heydər Əliyev Mərkəzində , 04 mart saat 11.00 Qəbələdə "Qrand Otel"də, 06 mart saat 11.00 Oğuzun "Panarama"otelində keçirilmidir. Tədbirlərimizdə respublikamızın sahələr üzrə həmkarlar ittifaqları komitə sədrləri və fəalları, yerli bələdiyyə nümayəndələri iştirak ediblər. Seminarların əsas məruziçiləri Federasiyanın vitse-prezidenti Camaləddin İsmayilov və baş texniki əmək müfəttişi Tofiq Hüseynov olublar.
C.İsmayılov "Qlobal istiləşmə və uyğunlaşmaya ədalətli keçid" çıxışında planlaşdırma prosesində balanslaşdırılmış keçidi təmin etmək üçün aşağıdakı məsələlərlə bağlı kompleks həllər tələb olunduğu barədə danışdı, o cümlədən
- ətraf mühitin qorunması;
- sosial ədalətə riayət edilməsi, o cümlədən iş yerlərinin qorunub saxlanılması və ya sərbəstləşən işçilərin yeni ixtisasa sahib olunmasının təmin edilməsi;
- ədalətli keçid-yönlü layihələrə qoyulan sərmayələrin iqtisadi məqsədəuyğunluğunun əsaslandırılması.
Buna həmkarlar ittifaqları və işəgötürənlərin arasında mövcud olan dialoq, habelə siyasi strukturların dəstəyi sayəsində nail olmaq mümkündür.
Azərbaycan həmkarlar ittifaqları milli iqlim strategiyalarının hazırlanmasında, qiymətləndirilməsində və həyata keçirilməsində öz iştirakçılığını təmin etməli və bütün səviyyələrdə sosial dialoq və kollektiv danışıqlar vasitəsilə sabit və "yaşıl" gələcək naminə sosial dəyişikliklərin təmin olunmasını tələb etməlidirlər. Hökümətə iqlim dəyişmələrinə qarşı mübarizədə dəstək olmaq lazımlığı barədə qeyd etmişdir.
T. Hüseynov isə ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verirdiyini vurğuladı. Əsas məsələ ondadır ki, sosial, iqtisadi və ekoloji ədalətin bərqərar olunmasına təkan verən dəyişmələrin təsirinə ən çox məruz qalanlar dəstəyə möhtacdırlar. Niyə görə? Məsələn, bərpa olunan enerji mənbələrinə keçid iş yerlərinin ixtisarını və yeni avadanlığın (günəş fermalarının, külək generatorların və s.) quraşdırılmasına külli miqdarda xərcləri ehtiva edir. İnkişaf edən dövlətlər üçün bu həddən artıq böyük maliyyə yükü mənasına gəlir. Keçid dövründə bu ölkələri dəstəkləmək məqsədilə zəngin ölkələrin daha yoxsul ölkələri dəstəkləməsi ilə bağlı sistem yaradılmışdır.
Hüseynov T. daha sonra hərarətli hava və temperaturun kəskin tərəddüdü arterial təzyiqin sıçrayışlarına, sürətli ürək döyüntülərinə, hava çatışmamazlığı hissinin yaranmasına, döş qəfəsində sıxlığın peyda olunmasına, sinə nahiyəsində kəskin ağrı ilə müşayiət olunan stenokardiya tutmalarına, periferik damarların genişləməsinə, ayaqların şişmiş halda olmasına və trombların əmələ gəlmə ehtimalının artmasına səbəb ola bilər. Artıq çəkiyə malik, aşağı arterial təzyiqi olan, qalxanabənzər vəzin hiperfunksiyasından əziyyət çəkən və pensiya öncəsi yaşda olan insanlar qızmar havanı pis keçirirlər. Gənc insanlarda isə mühafizə mexanizmi yaxşı fəaliyyət göstərir, ona görə də onlar ciddi problemləri yaşamırlar. Qadın orqanizmi kişi orqanizmi ilə müqayisədə daha dözümlüdür. Bu səpgidə ən həssas qrup 40-50 yaşında olan kişilər, habelə 70 yaşdan yuxarı olan kişilər və qadınlardır.
İqlim dəyişmələri insan sağlamlığına, kənd təsərrüfatı təyinatlı bitkilərin becərilmə qabiliyyətinə, yaşayış sahələrinə, təhlükəsizlik səviyyəsinə və iş yerlərinə güclü mənfi təsir göstərəcəklər. Dəniz suyu səviyyəsinin yüksəlməsi və şor suların intruziyası kimi fəsadlar elə səviyyəyə çatıblar ki, bəzi icmalar bütövlüklə yenidən məskunlaşmaya məcburiyyətində qaldılar, daha uzunmüddətli quraqlıq hadisələri isə aclıq riskini əmələ gətiriblər. İqtisadiyyat və Sülh İnstitutunun proqnozlarına əsasən 2050-ci ilədək dünyada iqlim qaçqınlarının sayı ən azı 1,2 milyard insana çatacaq. Bu indiyədək görülməyən böhrana gətirib çıxaracaq, çünki iqlim dəyişmələri səbəbindən öz yurdlarını tərk edən insanlara qaçqın statusu verilmir.
İnsanların təsərrüfat fəaliyyəti nəticəsində yaranan istixana qazlarının təxminən yarısı atmosferdə qalır. Antropogen mənşəli karbon qazı tullantıların təqribən yarısı Yer səthində bitki örtüyü və Okean tərəfindən saxlanılır. BMT-nin İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər Qrupunun (IPCC) məlumatlarına əsasən antropogen mənşəli CO2 tullantıların təqribən üçdə biri meşələrin qırılması nəticəsində yaranır. Məcmu istixana qazları tullantıların təqribən dörddə biri kənd təsərrüfatı fəaliyyəti nəticəsində əmələ gəlir.
Hörmətli cənab prezident çıxışların birində vurğulamışdı:"Bizim sabit prioritetimiz, temperaturu nəzarət altında saxlamaq və 1,5°C-dən aşağı qalmaq üçün indi dərin, sürətli və davamlı emissiya azalmalarını təmin etməkdir" Azərbaycan Həmkarlar İttifaqları təşkilatlarının fəaliyyət göstərdiyi məkanlarda mövcud olan çoxsaylı ekoloji problemlərin həllində, ekologiya sahəsi üzrə qanunvericilik aktları layihələrinin hazırlanmasında fəal iştirak edirlər.
Həmkarlar ittifaqlarının öz hüquqlarının müdafiəsini bütün mümkün vasitələrlə möhkəmləndirilməsi zərurəti də mövcuddur. Bu hüquqlardan lazımi qaydada istifadə olunmasının təmin edilməsi məqsədilə həmkarlar ittifaqı hərəkatının daxilində səmərəli qarşılıqlı əməkdaşlıq üçün şəbəkə yaradılmalı və həmrəylik aksiyaları keçirilməlidir.
Konfrans və seminarlarda çıxışlarda Şirinov Əlimirzə İsrafil oğlu ,Əliyev Novruz Barat oğlu, Əliyevə Şəfəq Şahmar(İmişli rayon), Sadıqov Təvəkkül Məmmədəli oğlu, Orucov Kamran Əliş oğlu, Aydınzadə Həsən Ədalət oğlu(Sumqayıt ), İsmayılov Ramin Sabir oğlu, İsmayılova Aydan Mirpaşa qızı, Abdullayev İlşad İlyas oğlu, İsmayılov Faiq Sabir oğlu (Qəbələ yaranan iqlim dəyişmələrinə, iqlim dəyişmələrinə uyğunlaşması, həmkarların rolu və vəzifəsi, gənclərə düşən vəzifələrdən, gənclərin həmkarlar təşklata görnüşü məsələlərdən danışıldı, bir çoxu müzakirələrə qatılmışdı. Həmkarlar ittifaqları isə həmişə üç əsas suala: iş yerləri hamıya kifayət edəcəkmi? bu yerlərin keyfiyyəti necə olacaq? yeni texnologiyalar əmək münasibətlərinə necə təsir göstərəcək? – cavab verməyə hazır olmalıdır.