Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Əməyin mühafizəsi sahəsində yeni işlər aparılmalıdır

  • 07
    02/2025
  • 16:32
  • 67
  • 4
    0
07.02.2025 - 16:32
67
0

"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının texniki əmək müfəttişliyinin iş planına əsasən və "Kurort" QSC BHİK ilə birgə «Əməyin mühafizəsi sahəsində təşkilatın siyasətinin əsas istiqamətlərinin həyata keçirilməsi və onun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması» sahəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" QSC-nin tərkibində struktur və kadrlar dəyişikləri nəzərə alaraq Federasiyanın baş texniki əmək müfəttişi T.Hüseynov "Müəssisə və təşkilatlarda əməyin mühafizəsi və təhlükəsizliyi sahələrində işçilər üçün peşələr üzrə təlimatlar"ı hazırlamışdır.

Tədbirlərimizin əsas məqsədi:

  • Əməyin mühafizəsi qanunvericiliyinə riayət olunmasını təmin edən şəraitin yaradılması, o cümlədən əmək prosesində istifadə olunan bina və binaların, əmək prosesinin avadanlıqları, cihazları və texniki vasitələrinin qanuna uyğun istismarının təmin edilməsi;
  • İş yerlərində əmək şəraitinin vəziyyətinə, habelə işçilər tərəfindən fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə edilməsinə nəzarətin təşkilini təmin etmək;
  • Həmkarlar ittifaqı nəzarəti orqanlarının öz səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri olan məlumat və sənədlərlə təmin edilməsini təmin etmək.

Treninqlərimiz  xidmətimizdə olan  kurort-sanatoriya sistemində  əməyin təhlükəsizliyinə cavabdeh  olanları və bu işin nəzərət edən məsul şəxsləri  üçün nəzərə tutulmuşdur.  Bu günə kimi  04 fevral tarixində Mərdəkanda yerləşən  "Kurort"QSC və "Abşeron", "Günəşli", "Qaranquş" sanatoriyaları, 05 fevral –"Şıx",  06 fevral tarixdə "Bilgəh" sanatoriyalarda və "Buzovna" fizioterapiya mərkəzində seminarlarımızı keçirmişik.  Tədbirlərimizin əsas məqsədi  məsul peşə işçiləri :qazanxana, çilingər, qaynaqçı, elektrik və mətbəx işçilərini peşə təlimi ilə Federasiyanın vitse-prezidenti Camaləddin İsmayılovun rəhbərliyi ilə Federasiyanın baş texniki əmək müfəttışi Tofiq Hüseynov və "Kurort" QSC-nin prezidentin müşaviri İlqar Muradov həmin treninqlərin təşkilatçıları və moderatorları kimi çıxış edirdilər.

Hər üç  görüşdən sonra bütün səlahətli orqanlara təkliflər verildi:

  1. Əməyin mühafizəsi sahəsində təşkilatın siyasətinin əsas istiqamətlərinin həyata keçirilməsi və onun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
  2. Verdiyi əməyin mühafizəsi üzrə biliklərin yoxlanılması və sınaqdan keçirilməsi, o cümlədən əməyin mühafizəsi sahəsində davamlı təhsil sisteminin yaradılması və təkmilləşdirilməsi;
  3. İş yerlərində əmək şəraitinin vəziyyətinə, habelə işçilər tərəfindən fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə edilməsinə ilk həmkarlar ittifaqı komitələri öz səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri olan məlumat və sənədlərlə təmin edilməsini təmin etmək.

teqdimat-1

teqdimat-2

teqdimat-3

teqdimat-5

teqdimat-4