Azərbaycan Kooperasiya Universitetin həmkarlar ittifaqı Komitəsinin təşəbbüsü ilə tədbir keçirilib
5 noyabr 2024-cü il tarixdə Azərbaycan Kooperasiya Universitetin həmkarlar ittifaqı Komitəsinin təşəbbüsü ilə Universitetdə "Turizmin inkişafının təmin olunmasında gənclərin fəaliyyəti" və "İqlim dəyişikliyinə dair qlobal siyasətin formalaşmasında gənclərin rolu" mövzuda tədbir keçirilib.
Tədbirdə Federasiyanın dəvəti ilə Aşurov Ceyhun-"Smart Otel" qrup-direktoru, Mürvətov Əlixan-Bakı turizm agentliyin direktoru, respublika turizm və ekskursiyalar Şurasının sədr müavini, İsmayılov Camaləddin-federasiyanın vitse-prezidenti müzakirələrlə çıxış edərək gündəmdə duran mövzu ilə bağlı çağırışları və imkanları nəzərdən keçirib, iqlim dəyişikliyinə dair qlobal siyasətin formalaşmasında Azərbaycanın bu il ev sahibliyi edəcəyi beynəlxalq konfransın rolunu vurğulayıblar, ölkədə aparılan gənclər siyasəti təhlil olunaraq, onun turizmin inkişafına təsiri, turizmin inkişafının təmin olunmasında gənclərin fəaliyyətini, onlara müvafiq şəraiti yaradılması, yüksək ixtisaslı kadrların bu sahəyə cəlb olunması, gənclərin hərtərəfli inkişafı və sosial müdafiəsinin gücləndirilməsinə yer ayırmışdılar.
Mövzulara aid maraqlı videoçarxlar nümayış olunub.
Universitetin müəllim və tələbələri maraqlı suallara toxundular, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəf olduğunu, beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edilməsi barədə danışdılar.