Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Ümumdünya laiqli əmək uğrunda fəaliyyət günü”nə həsr olunmuş tədbirlər keçirilib

  • 08
    10/2024
  • 12:20
  • 88
  • 4
    0
08.10.2024 - 12:20
88
0

"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası 7 Oktyabr-Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar "Kurort" QSC-nin "Abşeron" sanatoriyasıda və Nərimanov rayon HİK-nin qeydiyatında olan "Azmetal Kanstruksiya Group" MMC-nin işçiləriylə iş yerində tədbir keçirib.  

Oktyabrın 7-də Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar xidmətimizdə olan əmək kollektivlərdə tədbirlər keçirilib. Keçirilən 2 tədbirdə Federasiyasın vitse-prezidenti Cəmaləddin İsmayılov və baş texniki Əmək müfəttişi Tofiq Hüseynov çıxış etmişlər.

İlk öncə tədbir "Kurort" QSC-nin "Abşeron" sanatoriyasının zalında keçirilmişdir. Tədbirin açılışında Cəmaləddin İsmayılov layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu istiqamətdə  görülən işlərdən danışdı. Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti haqqında, həmkarlar qarşısında duran vəzifələri  barədə, o cümlədən əmək şəraiti, işçilər arasında bərabərlik, rəhbərlik ilə işçi arasında dialoq, əməyin mühafizəsi sahəsində və sosial müdafiəsi barədə Tofiq Hüseynov məlumat verib. Çıxışlarda layiqli əməklə bağlı müzakirələr aparılıb. Sonda "Kurort" QSC- nin  hər sanatoriyasından bir nəfər Diplom və pul mükafatı ilə təltif olunub.

"Azmetal Kanstruksiya Group" MMC-nin işçiləriylə iş yerində görüş keçrilib.  Federasiyanın  nümayəndələrin C.İsmayılov və T. Hüseynovun çıxışlarından sonra, Nərimanov rayon HİK -in sədri Rövşən Hüseynov da  işçilərlə fikir mübadiləsi aparıb.

Hər iki kollektiv görüşlərin, federasiyanın rəhbərliyi ilə vaxt aşırı təmasda olmağını təklif verdilər.

ABSR-2

Azmetal-2

AZmetal-3