Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

İxtisara salınmış işçilərin ödəniş problemi həll olundu

  • 05
    09/2024
  • 16:15
  • 34
  • 1
    0
05.09.2024 - 16:15
34
0

"SİKA MBCC Azerbaijan" MMC  (əvvələr "BASF Kaspian" MMC və "Master Builders Soluitions Azerbaijan" MMC adlanırdı)  həmkarlar ittifaqı təşkilatı  2001-ci ildə yaradılıb. Ötən illər ərzində təşkilat təhlükəsiz iş yeri məsələsinə ciddi ictimai nəzarət həyata keçirib. Tərəfdaşları ilə bu sahədə əldə olunan uğurların nəticəsidir ki, müəssisə AHİK-in keçirdiyi "Sağlam və təhlükəsiz əmək  şəraitinin yaradılması üzrə  ilin   ən yaxşı müəssisəsi (təşkilatı)" müsabiqəsinin yekunlarına görə iki dəfə qalib seçilib, qiymətli hədiyyələrlə və Konfederasiyanın Fəxrı fərmanları ilə təltif olunub.

Uzun illərdir müəssisə rəhbərliyi və həmkarlar ittifaqı təşkilatı istehsalatın inkişafını və işçilərin marağını özündə əks etdirən kollektiv müqavilə imzalayır. Sonuncu kollektiv müqavilə 2020-ci ilin mayın 25-də 3 il müddətinə bağlanıb.

Təəssüf ki, bu il şirkətin baş ofisində aparılan struktur dəyişikliyi nəticəsində MMC işçiləri ilə vidalaşmaq məcburiyyətində qaldı. Bu barədə həmkarlar ittifaqı təşkilatına avqustun 22-də müəssisə rəhbərliyi ilə keçirilən görüşdə məlumat verildi.

Bildirildi ki, baş ofisi İsveçrədə yerləşən Səhmdar Cəmiyyət "SİKA MBCC Azerbaijan" MMC-nin "SİKA" MMC-yə qoşulması ilə əlaqədar qərar hazırlayıb. Bu iki qurumun birləşməsi qaçılmazdır.

"Xidmət-İş" HİF-in baş hüquq müfəttişi Aygün Əliyeva bu qərara münasibət bildirərək qeyd etdi ki, ləğv prosesi respublikamızın qanunvericiliyinə uyğun şəkildə, həmçinin Əmək Məcəlləsinin (ƏM) maddələrinə və kollektiv müqavilədə götürülmüş öhdəliklər nəzərə alınmaqla həyata keçirilməlidir, müəssisə işçilərə təzminat ödəməlidir. Müəssisə ləğv edilərkən ƏM-in işçiyə əmək stajından asılı olaraq işdənçıxarma müavinəti, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməlidir.

"Xidmət-İş" HİF-in Təşkilat şöbəsinin müdiri Roza Eyubova bildirdi ki, müəssisə ilə həmkarlar ittifaqı arasında imzalanmış 25 may 2020-ci il tarixli kollektiv müqavilənin 6.7-ci maddəsinə ixtisarla bağlı işçilərin əlavə təminatları daxil edilib. Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən aylıq əməkhaqqı məbləğinin 3 misli miqdarında birdəfəlik müavinət ödənilməlidir. O da xatırladıldı ki, 70-ci maddənin b) və ç) bəndlərində göstərilən əsasən işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

Görüş zamanı qeyd edildi ki, yeni yaradılacaq müəssisəyə təklif alan işçilərlə üçtərəfli əmək müqaviləsi bağlanacaq. Gələcək işçinin əmək müqaviləsinə xitam verilmə hallarındakı təminatlar qanunericiliyə əsasən ixtisar edilmiş işçinin təminatları ilə eyni qaydada nəzərə alınaraq ödəniləcəkdir.

Müəssisə rəhbərliyi ilə danışıqlar bir həftə davam etdi. Nəhayət, mübahisələr, dialoqlarla müşayiət  olunan görüşlərdə işçilərə aşağıdakı ödənişlərin verilməsi razılaşdırıldı:

a. ƏM-nin 77-ci maddəsinə uyğun olaraq (Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) təminat ödənilməlidir (xəbərdarlıq müddəti əvəzinə -2 aylıq əməkhaqqı məbləğində).

b. Müəssisə ƏM-in 70-ci maddəsinin "b" bəndi ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti;

c. Əmək müqaviləsinə xitam verilmiş işçiyə ƏM-in 83-cü maddəsinə əsasən, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi;

d. 25 may 2020-ci il tarixli kollektiv müqavilənin 6.7-ci maddəsində müəssisədə işçilərin ixtisarı ilə əlaqədar işçiyə işəgötürən tərəfindən aylıq əməkhaqqı məbləğinin 3 misli miqdarında birdəfəlik müavinət;

e. 25 may 2020-ci il tarixli kollektiv müqavilənin 6.7-ci maddəsinə işçinin illik target bonusunun işlədiyi aylara nisbətdə bonus (mükafat) məbləği;

f. İşçi ilə işəgötürən arasında razılaşdırılmış məbləğ.

Yeni şirkətə qoşulan işçilərin hüquqları üçtərəfli müqaviləyə əsasən qorunub saxlanılır, yəni bütün təzminatlar yeni qoşulan işçilərə aid edilir.

Razılaşmaya əsasən,  işəgötürən qoşulma prosesini həyata keçirir.