Azərbaycanda parlament seçkiləri

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçirilmişdir.
Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.
Seçkiləri müşahidə etmək üçün bizim 10 nəfər həmkarımız öz xahişlərə əsasən müşahidəçi akkreditasiyadan keçib: Muradova Zöhrə, Quliyev Siyasət,Vəliyev Anar, Hüseynov Rövşən,Kazımzadə Davud, Quliyeva Nəzminə, Məmmədov Sahib, Orucov Kamran,Salmanov Mehman, Nəbiyev Seymur. Parlament seçkiləri ərəfəsində müşahidənin aparılmasının prinsiplərinə, müşahidəçilərin hüquq və vəzifələri ilə tanış olublar, belə ki, müşahidəçilər seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərməməlidir. Müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır. Müşahidə açıq aparılmalıdır, müşahidənin yekunları faktlara əsaslanmalıdır.
Müşahidəçilərimiz müşahidə etdikləri seçki məntəqələrin tam vaxtında açılmasını müşahidə ediblər. Müşahidələrimiz göstərir ki, Azərbaycan Respublikasının seçki qanunvericiliyi ölkədə seçkilərin şəffaf keçirilməsini təmin edib.
Mərkəzi Seşki Komissiyasının məlumatına görə, Azərbaycanda 7 milyona yaxın seçici var, onlardan təxminən 2,2 milyon nəfəri bu seçkilərdə səs verib, yəni Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkisində respublika üzrə seçici fəallığı 37,27 faiz olub, bazar günü 125 deputat yeri uğrunda 1000-ə yaxın namizəd mübarizə aparıb.