Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

DİM-in hədəflərini reallaşdırmaq

  • 30
    11/2023
  • 16:34
  • 91
  • 7
    0
30.11.2023 - 16:34
91
0

Noyabrın 29-da AHİK-in akt zalında "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının növbəti Məclisi keçirilib. Məclisi giriş sözü ilə Federasiyanın prezidenti İlyas Əliyev açıb. Deyib ki, Məclisimiz ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni - dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyduğu, cəmiyyətimizin ictimai-siyasi və mədəni həyatında dinamik proseslərin getdiyi, xalqımızın tarixinin həm acı, həm də əlamətdar hadisələrini qeyd etməyə hazırlaşdığımız bir dövrə təsadüf edir: 2023-cü il "Heydər Əliyev İli", Qarabağın tam azadlığa qovuşduğu, Böyük qayıdışın təməlinin qoyulduğu ildir.

Respublikamızın bütün qurumları kimi, Həmkarlar İttifaqları Konfederasiyası da sadaladığım bu böyük hadisələrin fəal iştirakçısı olmuşdur. Bugünkü uğurlarımızın təməlini qoymuş Heydər Əliyevin, minnətdarlıq əlaməti olaraq, 100 illik yubileyi müxtəlif formatlarda qeyd edilmişdir.

AHİK-ın təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında və Ümummilli Liderin Muzeyində, Bakı Konqres Mərkəzində, AHİK-ın Konfrans zalında möhtəşəm tədbirlər təşkil olunmuşdur. Bundan əlavə, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının heyəti respublikamızın bölgələrində keçirilən tədbirlərdə iştirak edib. Və "Xidmət-İş" HİF-in Bakı Şəhər Komitəsi rəhbərliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş 3 silsilə tədbir keçirilmişdir.

Ümummilli     Liderimizin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında hərb meydanlarında, beynəlxalq siyasi arenada əldə edilən nailiyyətlər ölkə daxilində köklü iqtisadi, sosial islahatların aparılması, əhalinin rifahının yaxşılaşdırılması üçün etibarlı təməl yaradıb: Son beş ildə ölkəmizdə orta aylıq əməkhaqqı 1,7 dəfə artaraq 921,9 manata, aylıq minimum əməkhaqqı isə 130 manatdan 345 manata yüksəlib.

İlyas Əliyev Məclisin əsas müzakirə mövzusu olacaq Dayanıqlı İnkişaf məsələsinə toxunaraq bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş bu çağırışın əsas məqsədi yoxsulluğun bütün formalarına son qoymaqdır. Bu çağırışa qoşulan bütün ölkələr, o cümlədən Azərbaycan yoxsulluğun aradan qaldırılmasına yönələn strategiyaları əlaqəli şəkildə həyata keçirir. Bu strategiyanın istənilən nəticəni verməsi uğrunda aparılan mübarizədə həmkarlar ittifaqının xüsusi yeri var.

Sonra Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu" mövzusunda məruzə ilə çıxış etdi. Dedi ki, Federasiyanın nümayəndələri DİM ilə əlaqədar xarici ölkələrdə və respublikamızda keçirilən bir sıra beynəlxalq təlim kurslarında, seminar və plenar iclaslarda iştirak ediblər. Həmin Məqsədlərin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqı üçün prioritet hədəflər və qarşıda duran vəzifələr barədə 2019-cu il noyabrın 28-də Federasiyanın 4-cü Məclisi keçirilib. Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrası üçün tərəfdaşlıq münasibətlərinin yaradılması və stimullaşdırılması, insanların maraqlarına cavab verən prinsip və dəyərləri əhatə edən sosial dialoqun inkişaf etdirilməsi, kollektiv saziş və müqavilələrin sayının və keyfiyyətinin artırılması, o cümlədən təlimatlandırma və maarifləndirmə işlərinin gücləndirilməsi və təşviqi barədə müvafiq qərarlar qəbul olunub. Bildiyiniz kimi, ötən il AHİK DİM-in öhdəliklərini yerinə yetirmək üçün Azərbaycanda həyata keçirilən tədbirlərə dair öz könüllü qiymətləndirmə hesabatını hazırlayıb. Burada 5 il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlar verilib. AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin sözlərinə görə, həmkarlar ittifaqları, işçilərin nümayəndələri olaraq, dayanıqlı inkişafın təşviqində ən vacib qurumlardandır: "Onların sənaye sektorunda dəyişikliklərə uyğunlaşma təcrübələrini nəzərə alsaq görərik ki, əsas diqqət istehsal mikroiqliminin və ətraf mühitin qorunmasına, balanslaşdırılıb sosial-iqtisadi inkişaf uğrunda mübarizəyə yönəldilib. Həmkarlar ittifaqları, onların çoxsaylı üzvləri arasındakı mövcud əməkdaşlıq sistemi dayanıqlı inkişaf konsepsiyaları və tətbiqlərinə dəstək verə biləcək mühüm kanallardır. Mövcud sosial tərəfdaşlıq prinsipləri işçilərin, onların nümayəndələrinin, hökumətlərin və işəgötürənlərin davamlı inkişafa keçiddə əməkdaşlığının gücləndirilməsinin əsasını təşkil edir".

Konfederasiyanın tərkibində DİM-lə bağlı komissiya yaradılıb. Komissiyanın üzvləri tərəfindən, Federasiya rəhbərliyinin iştiraki ilə, "Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri  2015-2030-cu illər Gündəliyi" - Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası" hazırlanıb. AHİK-in təklifi ilə, Bakı şəhəri daxil olmaqla, respublikanın regionlarında BƏT-in dəstəyi ilə AHİK tərəfindən hazırlanmış "BƏT-in dayanaqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi, DİM/2030 Gündəliyi, Könüllü Milli Hesabat və BMT ilə əməkdaşlıq üzrə çərçivə sazişi prosesinə dair AHİK-in fəaliyyət təcrübəsinin təhlili", "2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat" və  "COVID-19" böhranından sonra inklüziv, sabit və davamlı xarakter daşıyan, insana istiqamətlənmış bərpa işləri aparmaq məqsədilə qlobal fəaliyyətə çağırış" kitablarının təqdimatları İmişli, Qazax, İsmayıllı rayonlarında, Sumqayıt, Bakı şəhərlərində keçirilib. Qeyd etməliyik ki, görüşlərdə rayon, şəhər rəhbərliyi, ictimai təşkilatlar, sahibkarlar və həmkarlar ittifaqı fəalları iştirak edirdilər. Keçirilən tədbirlər maraqla qarşılanıb və böyük əks səda verib. "BƏT-in 105 saylı Konvensiyasının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu", BƏT-in 155 və 187 saylı konvensiyalarının təşviqi, müvafiq konvensiyaların ratifikasiyasının dəstəklənməsi, qəbul edilməsi və s. mövzularda mühazirələr oxunub.

Cəmaləddin müəllim qeyd edib ki, həmkarlar ittifaqı əsasən 5 hədəfə xüsusi diqqət yetirir:

  1. yoxsulluğun aradan qaldırılması,
  2. aclığın aradan qaldırılması,
  3. keyfiyyətli təhsil,
  4. gender bərabərliyi,
  5. layiqli iş və iqtisadi inkişaf. Bu hədəflər bizim sahə üçün mühüm rol oynayır.

Məruzəçi sonda bütün ittifaq üzvlərini BƏT-in bu çağırışının həyata keçirilməsində bundan sonra da fəal iştirak etməyə səsləyib. Deyib ki, DİM-in hədəflərinin reallaşmasına səy göstərmək insanlarımızın rifahı üçün çalışmaq deməkdir.

Məclis 2024-cü ildə Federasiyanın üzv təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi, Məclisin tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul etdi.

Bu qalereyadakı cəmi şəkil sayı - 19