17 noyabr 2023-cü il tarixdə Azərbaycan Kooperasiya Universitetində treninq keçirildi

17 noyabr 2023-cü il tarixdə Azərbaycan Kooperasiya Universitetinin Həmkarlar ittifaqı komitəsinin təşəbbüsü və Federasiyanın iştirakı ilə AKU-nun "Maliyyə və turizm işi" fakültəsinin 1 ci və 3 cü kurs tələbələri üçün Universitetin Tədris işləri üzrə prorektoru dos. Fiktət Vəli oğlu Quliyev, Maliyyə və turizm işi" fakültəsinin dekanı İ.e.d., professor əvəzi, Vəliyevə Səbinə İzzət qızı, Həmkarlar İttifaqı Komitəsinin sədri dos. Mehriban Kərəm qızı Tağıyeva, "Maliyyə və bank işi" kafedrasının müdiri və müəllim professor heyətinin iştirakı ilə. "Turanbank" ASC-nin mütəxəssislərin köməyi ilə "Bank işi və bank əməliyyətləri" mövzuda iki saatlıq treninq keçirilmişdir.
Təlimi "Turanbank" mütəxəssisləri insan resuslarının idarə edilməsi departamentinin director müavini Alik Əlibəyov və Yasamal filialın istehlak kreditləri bölməsinin rəhbəri Orxan Əhədli bank tərəfindən təsdiq olunmuş planına əsasən apardılar.Qeyd etməliyik ki, hər iki mütəxəssis həmin Universitenin məzunlarıdırlar. Əvvəl A.Əlibəyov "Bank sistemi və ilkin anlayışlar, bank sirri,kredit və deposit anlaşyışları barədə, O.Əhmədli isə hesabların növləri və məsafədən bank hesabların açılması, nəğdsiz hesablaşmalar barədə təlim keçirildi.
Terninq texniki imkanlardan istifadə etməklə, sual-cavab, həm müəllimlər həm tələbələr tərəfindən böyük marağa səbəb olmuşdur ki prorektor Fikrət müəllim Quliyev bank rəhbərliyinə İdarə heyətinin sədr Fəzail Musayevə və HİK sədri Kəmalə xanım Mustafayevaya, əsasən də öz məzunlara minnətdarlığını bildirdi və gələcəkdə belə görüşlərin keçirilməsi Universitetinin tədrıs planına daxil etməsinin zərurliyini bildirdi.