Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Qazaxda Ulu Öndərə həsr edilmiş növbəti tədbir keçirilib

  • 25
    09/2023
  • 16:57
  • 60
  • 4
    0
25.09.2023 - 16:57
60
0

22 sentyabr 2023- cü il tarixində Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib.

Tədbir "Qazax Gənclər Evi"ndə təşkil olunmuşdu. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qonaqlardan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direkoru Əfsun Sucayev, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyev, Vətən müharibəsi iştirakçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov, Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti və həmin Federasiyanın Bakı Şəhər Komitəsinin sədri Xəyyam Nəsibov, Milli Məclis deputatının köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və təşkilatın əməkdaşları, Ərazi təşkilat sədrləri, Partiya veteranları və fəalları, YAP-ın üzvlük vəsiqələri təqdim olunacaq gənclər, ziyalılar, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə heyəti, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri iştirak ediblər.

İlk öncə bütün iştirakçılar şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canlarından keçən hər bir Şəhidimizin memorialı üzərinə qərənfillər düzüb, onların əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbir iştirakçıları "Heydər Əliyev" parkına gələrək, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Ümummilli Liderin adına olan Mərkəz ziyarət edilib,  orada Heydər Əliyevin həyat yolu və fəaliyyətinə bir daha nəzər salınıb.

Tədbiri "Qazax Gənclər Evi"ndə davam edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib ondan sonra, Ümummilli Lider Heydər Əliyevin və Şəhid olmuş igid oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Sonra tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin həyatı və onun əvəzsiz xidmətlərini özündə əks etdirən videoçarx nümayiş olundu.

Tədbirdə Rəcəb Babaşov, Səməd Seyidov, Ülviyyə Ağayeva, Akif Əmirov, Anar Nəbiyev, Əfsun Sucayev, Abbas Göyüşov çıxış etmişdilər.

Tədbir iştirakçıları öz çıxışlarında Ulu Öndərin fəaliyyəti, onun misilsiz xidmətləri, dövlətimizin tarixi, siyasi məqamlarından söz açıb və  hər biri Ulu Öndərə həsr edilmiş tədbirdə iştirak etməkdən böyük məmnunluq hissi duyduqlarını bildirmişdilər.

Xüsusilə qeyd olundu ki, Ulu Öndərin Respublikamızın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı ilə bağlı arzularının gerçəkləşməsində, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Möhtərəm Prezidentimiz Heydər Əliyevin və bütün xalqımızın arzusunu reallığa çevirib, Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin artıq tarixə yazıldığı hər bir Azərbaycan vətəndaşına sevinc, xoşbəxtlik və qürur hissini bəxş etdirdiyini vurğulandı.

Sonra YAP fəalı, AYB-nin üzvü, Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı, ardından isə Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu Ulu Öndərə həsr edilmiş şeirlərini səsləndirdilər.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Təhminə İsmayılova və Səadət Pirməmmədova Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Gənc Aşıq Samir Allahverdiyev şair Eldar Nəsibli Sibirelin "Bura Qazaxdır oğlum!" şeirini səsləndirdi.

Daha sonra  YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev "Heydər Əliyev İli" çərçivəsində əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

YAP Qazax Rayon Təşkilatı tərəfindən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov başda olmaqla, rayonun ictimai-siyasi həyatında fərqlənən fəallardan bir qrupuna Fəxri Fərmanlar təqdim edilib. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edildi.

Qazax_tedbir_-_foto_1

Qazax_tedbir_-_foto_5

Qazax_tedbir_-_foto_3

Qazax_tedbir_-_foto_6-

Qazax_tedbir_-_foto_7jpeg

Qazax_tedbir_-_foto_11

 

 

Qazax_tedbir_-_foto_15

Qazax_tedbir_-_foto_16

Qazax_tedbir_-_foto_18

Qazax_tedbir_-_foto_9