“Türk Dövlətləri” münasibətləri daha da möhkəmlənir

Türk Dövlətləri Həmkarlar İttifaqları nümayəndələri Azərbaycanda işguzar səfərdə olmuşdular.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)-ın dəstəyi ilə , Respublikamıza Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və nümayəndələri dəvət buyurmuşdular.
Bakıda qonaqları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri qarşılamışdırlar.
İlk olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbabaycan Həmkarlar İttifaqının nümayəndələri və Türkdilli dövlətlərin həmkarlar ittifaqlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər. Onlar Ümummilli Liderimiz Heydər Əliyevin və onun həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri qoyub, xatirələrini ehtiramla yad etdilər. Sonra hamı birlikdə Şəhidlər xiyabanına yollanıb, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətənpərvər övladlarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib, hər birinin məzarı üzərinə gül dəstələri düzdülər.
Ardınca "Fairmont Baku" otelində TÜRK-İŞ Konfederasiyası İdarə Heyətinin Ərgün Atalayın sədrliyi ilə səyyar iclası keçirilib. İclas II Qarabağ müharibəsində canlarını qurban verən əsgərlərimiz və həmçinin bu il Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların xatirələrini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Sonra Azərbaycanla Türk ölkələri arasında mövcud olan qardaşlıq münasibətlərindən, Türkiyənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək üçün yaranan perspektivlərdən danışılıb.
İyulun 29-da Şuşa şəhərində Türk dövlətlərin həmkarlar ittifaqlarının birgə yığıncağı keçirilib.
Sonra Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması haqqında müqavilə imzalanıb.
TDHİT-ni yaratmaqda məqsədimiz işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səylərimizi birləşdirməkdir: "Bu ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfə verəcək. Həmçinin biz birlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsinin yüksəldilməsinə çalışacaq, həmkarlar ittifaqı üzvlərinin mənafelərinin pozulmasına qarşı mübarizədə həmrəylik nümayiş etdirəcəyik. İnanıram ki, Türk Dövlətləri Təşkilatı kimi, Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının da fəaliyyəti səmərəli olacaq, daim inkişaf edəcək, dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, bütün sahələrdə əlaqələri genişləndirəcək".
Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasına təkim olunan qonaqlar: "Türk Harb-İş" Sendikasının Prezidenti Alaattin Soydan, Türkiyənin "Tezkoop-İş" Sendikasının Baş Katibi Hakan Bozkurt və Baş Təhsil Katibi Sebahattin Şen, "Güvenlik-İş" Sendikasının Prezidenti Ömer Çağrıcı buyurmuşdular.
Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin birinci müavini, "Xidmət-İş" HİF-nın prezidenti İlyas Əliyev, həmin Federasiyanın vitse-prezidenti və "Xidmət-İş" HİF-nın Bakı Şəhər Komitəsinin sədri Xəyyam Nəsibov iştirak etmişdilər.
Qonaqlara qədim abidəmiz "Qız Qalası", Bakı Bulvarı (Dənizkənarı Milli Park), Sahil ətrafı və Fəvvarələr Meydanına gəzinti təşkil olunmuşdu.
Sonda xatirə şəkilləri çəkildi.