“Xidmət-İş” HİF, üzvlərinin asudə vaxtlarının səmərəli təşkil olunmasını prioritet vəzifələrdən biri hesab edir

"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası həmkarlar ittifaqları üzvlərinin asudə vaxtlarının səmərəli təşkil olunmasını prioritet vəzifələrdən biri kimi hesab edir.
"Korporativ mədəniyyət" anlayışının 200 yaşı var: alman hərbçiləri və tabeliyində olanlar arasında nizamlı qarşılıqlı əlaqə sisteminin yaradılmasının strateji faydaları haqqında ilk dəfə danışıqlardan irəli qəlib. Sonralar mülki şəxslər tərəfindən götürüldü: sahibkarlar, sənətkarlar və ictimai təşkilatların nümayəndələri korporativ yəni öz işçi kollektivi arasında asudə vaxtları keçirməyə başladılar.
Мüasir insan günün üçdə birini iş yerində keçirir. Bu, yatmaq üçün ayrılan (ən yaxşı halda) eyni məbləğdir. Аrtıq ötən əsrin 90-cı illərində sosioloqlar qeyri-rəsmi hadisələrin birgə əmək fəaliyyətinin nəticələrinə müsbət təsir göstərdiyini qeyd edirdilər. Belə görüşlər standart iş saatlarından vaxt ayırsa və işçilərin diqqətini bir müddət peşəkar işlərdən yayındırsa belə, nəticədə korporativ tədbirlər həmişə bütün göstəricilərin keyfiyyətcə yaxşılaşmasına gətirib çıxarır. Həmkarlar arasında psixoloji gərginlik aradan qaldırılır, komanda ruhu güclənir, münaqişəli vəziyyətlər həll olunur.
Təmiz hava və möhtəşəm mənzərəli Quba rayon "Çeşmə" istirahət mərkəzində Nərimanov rayon qeydiyyatında olan fiziki şəxs Vüqar Muxtarovun nəznində çalışan karton sexinin işçiləri qohumları ilə birgə (cəmi 42 nəfər) həvəslə iştirak etdiyi bir günlük açıq havada istirahətləri yadda qalan oldu. Rayon komitə sədri Rövşən Hüseynov və müavini Amid Piriyevin təşkilatçılığı ilə hazırlanan Qurban Qurbanovun (sex müdiri) 60 illik yubileyinin açıq hava şəraitində qeyd edilməsi, ona kollektiv arasında Federasiyanın Fəxri Fərmanı verilməsi darıxdırıcı şənliklərə əla alternativ olub. Maraqlı viktorinalar, yarışlar kollektivdə sağlam atmosfer, yaşlı üzvləri və yeniyetmələr arasında doğmalıq yaratmağı bacardılar.
Bu bizim 1-ci korporativ istirahətimiz olmayıb.Bundan əvvəl Nabrandakı "Şahdaq"istirahət mərkəzində 3-günlük olmuşduq. Federasiya yay mövsümündə işçilərin asudə vaxtının və istirahətinin səmərəli keçməsi üçün növbəti aylarda da turların təşkilini nəzərdə tutub.