Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Xalqın milli ləyaqətinin qorunmasında Heydər Əliyevin rolu” mövzuda konfrans keçirilib

  • 04
    05/2023
  • 16:04
  • 42
  • 2
    0
04.05.2023 - 16:04
42
0

26 aprel 2023-cü il tarixdə "Heydər Əliyev ili" çərçivəsində Federasiaynın Gənclər Şurasının təşəbbüsü  və Bakı Biznes və Kooperasiya Kollecinin dəstəyi ilə "Xalqın milli ləyaqətinin qorunmasında Heydər Əliyevin rolu" mövzuda konfrans keçirilib. Konfransda Bakı şəhəri HİK sədrləri, həmkarlar itiifaqı fəalları, kollecinin müəllim və tələbə nümayəndələri iştirak edirdilər. Konfransda məruzə ilə çıxış edən Federasdiyanın vitse-prezidenti Camaləddin İsmayılov Heydər Əliyev Azərbaycan xalqının milli ləyaqəti probleminə yanaşmasında həyata keçirdiyi metodoloji prinsiplər orijinallığı, siyasi mövqeyi elmi həqiqətlərlə qeyri-adi, qeyri-standart birləşdirilməsi ilə rəğbət doğurduğu qeyd edərək həmin metodoloji prinsiplərin bəzi məqamlarını nəzərdən keçirtməyə dəvət etdi. Belə ki,

- Azərbaycan xalqının milli ləyaqəti probleminə yanaşmalarında Heydər Əliyev konkret vəreal cəmiyyətin, iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə real həyatından çıxış edir.

- Milli ləyaqət, bir tərəfdən, mıllətin ləyaqətli həyatı, digər tərəfdən isə, onun hər bir nümayəndəsinin şuurunda və psixologiyasında öz millətinin keçmişi, bugünü və gələıcəyi barədə hərtərəfli və  dərindən mənimsədiyi, dərk etdiyi, duyub yaşadığı, həmçinin öz xalqının tarixi və mədəniyyətinin, keçmiş nəsillərin və müasirlərin siyasi və sosial təcrübəsinin şəxsiyyətin mənəvi və əxlaqi dayağı olması haqqında təsəvvürlərin mövcudluğudur.

- İnsanlarda yüksək milli ləyaqət hissini tərbiyə etmək həm də yüksək vətənpərvərlik hissi tərbiyə etmək, formalaşdırmaq deməkdir.

C.İsmayılov Heydər Əliyevin mövqeyi  Jan Jak Russonun " Əgər hər kəs yalnız özü üçün xoşbəxtlik istəsə, onda Vətən üçün xoşbəxtlik qalmır" mövqeyi ilə həmahənk səslənir, yəni şəxsiyyət və cəmiyyət, vətəndaş və dövlət, suverenlik və suveren, hakimiyyət və xalq, milli ləyaqət problemi və b. məsələlərə yanaşmalarında  ictimai müqavilə əsasında qayda-qanun yaradılmasını arzu edir.

Bu gün normal cəmiyyətin, millətin həyatının, bütün vətəndaşların fəaliyyətinin ən mühüm və ən başlıca amili olan ictimai-siyasi sabitliyin qiyməti həmişəkindən yüksəkdir. Təəsüf ki, bu dəyər ictimai və fərdi şuurda hələ ki, öz yerini tam tapa bilməmişdir, cünki ictimai elmlər bu məsələdə nədənsə çəkinərək gözləyici-seyredici  mövqe tutmaqda davam edirlər.

Çıxışlarda məruzədə qeyd olunduğu məqamlarda razılaşaraq, Heydər Əliyevin böyüklüyi vurğulanırdı.

Sonda, Federasiya hələ fevral ayında müəssisə və təşkilarları "Heydər Əliyev və Azərbaycan" mövzusunda inşa müsabiqəsində iştirak etməyə çağırışına əsasən, müsabiqənin qalibləri: Azərbaycan Kooperasiya Universitetinin 3-cü kurs tələbələri Orucova Nəzrin Xəlil qızı və Sultanova Gülşən İlham qızı, 2-ci kurs tələbəsi Əhmədli Məhəmməd Rövşən oğlu təntənəli şəraitdə Federasiyanın Diplomları ilə təltif olunublar.

04-05-2023-01

IMG-20230427-WA0019

IMG-20230427-WA0036

IMG-20230427-WA0037

04-05-2023-02