Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Federasiyada idman yarışı (nərd) keçirilmişdir

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapmışdı.
Yarış başlamamışdan əvvəl Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri barədə danışıldı. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikasının əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Yarışda iştarak etmək istəyən 16 nəfər həvəskarlar arasında püşk atıldı, idamançılar 3 qrupa bölündülər və yarış başlandı.
Sonda 1 yer 3 nəfər arasında : Federasiyanın vitse-prezidenti Camaləddin İsmayılov, baş texniki əmək müfəttişi Tofiq Hüseynov və mədəniyyət sarayının Direktor müavini Səbuhi Hüseynov arasında qalib müəyyən olundu. 1 yerə və mükafata Tofiq Hüseynov layiq qörüldü.