"Xidmət-İş" Hİ Federasiyasının Rəhbərliyi
"Xidmət-İş" Hİ Federasiyasının prezidenti, AHİK sədrinin birinci müavini İlyas Alxas oğlu Əliyev
1957-ci ildə anadan olmuşdur. 1986-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə «Azərkəndtəsərrüfattexnika»-da fəhlə kimi başlamış və müxtəlif vəzifələrdə çalışmışdır.
1981-ci ildən həmkarlar ittifaqı orqanlarında çalışmış, təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmişdir. 2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilmişdir.
1996-cı ildə AHİK sədrinin müavini, 1998-ci ildə isə birinci müavin seçilmişdir.
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, 3-cü dərəcəli «Vətənə xidmətə görə» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.
Evlidir. Üç övladı var.
Federasiyanın vitse - prezidenti Camaləddin Köçəri oğlu İsmayılov
26 iyun 1950-ci ildə Gədəbəy rayonun Slavyanka kəndində anadan olmuşdur. 1972-ci ildə Xarkov İnşaat Mühəndislər İnstitutunu bititrib.
1976-1978 ci illrdə hərbi qulluğunda olmuşdur.
Uzun illər sovet və partiya işində çalışmışdır.
Bakıda əmək fəaliyyətinə 1986-cı ildə Bakı şəhər təhsil idarəsində başlayıb. 1991-ci ildə Respublika Sanatoriya-Kurort və Turizm İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmişdir.
2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir.
AHİK Məclis və Icraiyyə Komitəsinin, Federasiyanın Məclis və Icraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin "Tərəqqi" medalı, "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley" və "Həmkarlar İttifaqında xidmətə görə" medallara layiq görülmüşdür, AHİK-in, Federasiyanın, bir sıra beynəlxalq həmkarlar ittifaqlarının Fəxri Fərmanları ilə təltif edilmişdir.
Maarifləndirmə sahəsində göstərdiyi xidmətlərinə görə Həmkarlar Konfederasiyasının 25 illik Yubileyi münasibətilə medalla təltif olunub.
Ailəlidir, 2 qızı,bir oğlu,5 nəvəsi var.
Federasiyanın vitse - prezidenti Xəyyam Davud oğlu Nəsibov
12 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə İdarəetməsi" fakultəsini bitirib. 2006-cı ildə fərqlənmə Diplomu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və İdarəetmə Beynəlxalq biznes" üzrə magistr dərəcəsi verilib.
Əmək fəaliyyətinə 1995-ci ildə Bakı elektrik şəbəkəsində Transformator sexində 2-ci dərəcəli mühəndis vəzifəsində çalışmağa başlayıb və 3-cü dərəcəyədək yüksəlmişdir. 1998-1999-cu illər Dövlət Əmlak Komitəsində mütəxəssis vəzifəsində çalışıb.
2000-ci ildə Abşeron Regional Su SC-nə “Suyun paylanması və su xətlərinə birləşdirilməsi araşdırma” şöbəsinə aparıcı-müfəttişi vəzifəsinə qəbul olub və 2004-cü ilin oktyabr ayına qədər orada çalışıb.
2005-ci ildən sahibkarlıq fəaliyyəti (istehsalat və nəqliyyat) ilə məşğul olub.
2005-2007-ci illərdə "Sumqayıt Polimer", "Binəqədi Yük Avtonəqliyyat" kimi təşkilatlarda aktivlik və qayğıkeşliklə kollektivdə hörmət qazanmış, həmrəylik göstərərək, həmin təşkilatlarda həmkarların yaranmasının səbəbkarı olmuşdur.
2007-ci ildə Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının Bakı Şəhər Komitəsinin sədri seçilib.
2012-ci ildə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının II Məclisinin qərarı ilə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti seçilib.
2013-cü ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi ilə bağlı orden ilə təltif edilib.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ictimai-siyasi fəaliyyətində və Həmkarlar sıralarında aktivlik və peşəkarlıq göstərdiyinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Respublikası Həmkarlar Ittifaqları Konfederasiyasının 25 illik yubileyi ilə bağlı orden ilə təltif edilib.
2019-cu ildə atası Davud Nəsibin yazdığı "Cavanşir" tarixi romanın latın əlifbasında çapının naşiri olub.
2021-ci ildə Azərbaycan Həmkarlar İttifaqları yaranmasının 115 illiyi münasibətiylə Yubiley Döş nişanı ilə təltif edilmişdir.
Ailəlidir, 2 övladı var.