Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Beynəlxalq qadınlar günü bayramı ərəfəsində, Federasiyanın xidmətində olan müəssisə və təşkilatlarda tədbirlər keşirilib

  • 29
    03/2023
  • 12:18
  • 32
  • 1
    0
29.03.2023 - 12:18
32
0

Beynəlxalq qadınlar günü bayramı ərəfəsində, Federasiyanın xidmətində olan müəssisə və təşkilatlarda bu bayram münasibətilə tədbirlər keşirilib, o cümlədən  "Kurort" QSC - də, "Abşeron Hospital " MMC , "Ersağ" Azərbaycan Şırkətlər qrupu və b. Qeyd etməliyik ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, isərsə də müstəqillik dövründə milli qadın hərakatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür.

Ulu Öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncağ, iclas, qurultay  nəzərindən kənarda qalmırdı. Müstəqilliyimizin ən ağır zamanında belə "Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" Fərman  imzaladı 1998-ci ildə  Azərbaycan Respublikasının Qadın  Problemləri üzrə  Dövlət Komitəsi yaradıldı. Zaman  keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu.  Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusilə, qeyd etmək lazımdır ki,  MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün "Gender bərabərliyinin təminatları haqqında" (2006-cı il), "Məişət zorakılığının qarşısının alınması haqqında" (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Bu gün ölkədə həyatın bütün sahələrində qadınların sayı artmaqdadır, sahibkarlıqda, qərarqəbuletmə və idarəetmədə, hüquq-mühafizə orqanlarında, diplomatiyada, elm və təhsildə. Qadınlar ölkə əhalisinin ümumi sayının 50,1 faizini təşkil edir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 77,6 faizi qadındır.  Azərbaycanda   hər 100 təhsil alana 47 qadın və 53 kişi düşür.  Bütövlükdə savadlılıq 100%-ə çatdırılıb. 15 və yuxarı yaşlı qadınlar arasında savadlılıq 99,8%, kişilər arasında isə 99,9%- dir. 2000-ci ildə millət vəkilləri qadınların sayı dörd tam onda üç (4,3%) faiz təşkil edirdisə, 2020 - ci ildə qadın deputatların sayı artaraq on səkkiz tam onda iki (18,2%)  faiz təşkil etmişdir. Dövlətimizin müstəqillik tarixində ilk dəfə Milli Məclisin spikeri qadın seçildi.  2004-cü ildə bələdiyyə orqanlarında qadınlar 4 faiz təşkil edirdisə. 2019-cu ildə (sonuncu bələdiyyə seçkisi) bələdiyyəyə seçilən qadınların xüsusi çəkisi 39 faiz olmuşdur. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev demişdir: "Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürətli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər."  Bəli, həqiqətən bu gün Azərbaycan qadını -  ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə xüsusən 44 günlük Vətən müharibəsində yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Şəhid bacımız Arəstə ilə, övladının,həyat yoldaşının cənazəsini öz çiynində son mənzilə yola salan  ana-bacılarımızla  qürur duyuruq! Biz onlara bir daha baş sağlığı veririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qadın həm də anadır, Vətəni müdafiə edən, onun inkişafına töhfə verən övlad yetişdirir. Biz analarımızla fəxr edirik! Qadınlarımızı, analarımızı, bacılarımızı, qızlarımızı  "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti  ilə ürəkdən təbrik edirək. ailələrinə  səadət, fəaliyyət göstərdikləri sahədə isə nailiyyətlər arzulayaraq, hər biri Fəxri Fərman,  qiymətli hədiyyə ilə mükafatlandırıldı.

8-mart-02

IMG-20230309-WA0000