Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı növbəti tədbir keçirilib

  • 01
    03/2023
  • 16:30
  • 401
  • 18
    0
01.03.2023 - 16:30
401
0

2023-cü il  fevral ayının 27-də "Stonpey Kommersial Konstruktion" MMC-nin Həmkarlar İttifaqı Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə "Stonpey Kommersial Konstruktion" MMC-nin Həmkarlar İttifaqı Təşkilatının sədri  Emil Ravinov, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti, "Xidmət-İş" HİF-nın Bakı Şəhər Komitəsinin sədri Xəyyam Nəsibov və "Stonpey Kommersial Konstruktion" MMC-nin  məsul işçiləri iştirak etmişdilər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılmışdır.

Tədbiri giriş sözü ilə açan "Stonpey Kommersial Konstruktion" MMC-nin Həmkarlar İttifaqı Təşkilatının sədri  Emil Ravinov Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqətlə və xalqa fədakarlıqla göstərdiyi xidmətlərindən danışdı.

Daha sonra "Xidmət-İş" HİF-nın Bakı Şəhər Komitəsinin sədri Xəyyam Nəsibov Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin hər sahəsinin mütərəqqi inkişafına göstərdiyi diqqəti barədə söhbət açmışdır.

Sonda Ulu Öndərin zəngin həyat yolu və fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilmişdir.

IMG-20230228-WA0010

IMG-20230228-WA0009