AHİK yaranmasının 30 illik yubileyi ilə əlaqədar “Kurort” QSC “Abşeron” sanatoriyasının akt zalında tədbir keçirildi
Yanvarın 27-də "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illik yubileyi ilə əlaqədar "Kurort" QSC "Abşeron" sanatoriyasının akt zalında rayon komitələrinin sədrlərin və həmkarlar ittifaqı fəalların iştirakı ilə tədbir keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov, AHİK sədrinin müavini Əbil Ağasıyev və digər çıxış edənlər, o cümlədən AHİK-in 30-illik Həmkarlar hərəkatının tarixindən, keçdiyi inkişaf yolundan, fəaliyyət istiqamətlərindən, əldə etdiyi nailiyyətlərdən və qarşılaşdığı problemlərdən, həmçinin əmək hüquqlarının qorunmasında xidmətlərindən, işçilərin istirahətinin təşkili istiqamətində gördüyü işlərdən və gələcək perspektivlərdən danışıblar. Eyni zamanda ölkənin ictimai və sosial həyatında AHİK-in fəaliyyəti barədə statistik məlumat, şəhid ailələri və qazilər üçün apardığı sosial işindən iştirakçıların diqqətinə çatdırılıb.
Sonda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqlarının işində fərqlənən, ittifaq üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiə edilməsində və ictimai fəaliyyətdə şəxsi nümunəsi ilə seçilən Federasiyanın 17 nəfəri fəxri fərmanla təltif olunub.
AHİK-in 30 illik tədbirindən