Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans

  • 24
    01/2023
  • 16:43
  • 12
  • 1
    0
24.01.2023 - 16:43
12
0

Bakı Biznes və Kooperasiya Kollecində 2023-cü il - "Heydər Əliyev İli" çərçivəsində və 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar "20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib.

Tədbirdə Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Kollecin müəllim heyəti, eyni zamanda "Silinməz yazıdır 20 yanvar!" mövzusunda məktəblilər arasında keçirilmiş inşa-yazı və rəsm müsabiqələrinin qalib və fərqlənən şagirdləri iştirak etmişlər.

Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən natiqlər bildiriblər ki, 20 Yanvar hadisələrinin baş verməsindən 33 il ötsə də, xalqımız indiyədək bu faciəni unutmur, azadlığa gedən bu yolda göstərilən qeyrət, iradə və hünərlə fəxr edir. Qeyd edilib ki, ötən illər ərzində xalqımızın mübarizə əzmi əyilmədi, əksinə bu istiqamətdə gücümüzü artırdıq, iradəmizi möhkəmləndirdik. 2020-ci ildə Vətən müharibəsində qazandığımız Böyük Qələbə bunu bir daha sübut etdi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq savaşımız torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Bu zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Sonda "Silinməz yazıdır 20 yanvar!" mövzusunda keçirilmiş inşa-yazı və rəsm müsabiqələrinin qalibləri müvafiq dərəcəli diplom və medallar, fərqlənən şagirdlər isə fəxri fərmanlar ilə təltif olunmuşlar.

Bu qalereyadakı cəmi şəkil sayı - 19