Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Bakı Turizm Peşə Məktəbində “Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi, ölkədə görünməmiş canlanma və yüksəliş” adlı mühazirə keçirilib

  • 21
    01/2023
  • 22:50
  • 8
  • 2
    0
21.01.2023 - 22:50
8
0

Bakı turizm peşə məktəbinin rəhbərliyi  "Xidmət -İş" həmkarlar ittifaqı federasiyası ilə ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. Bununla əlaqədar yanvarın 12-də Bakı Turizm Peşə Məktəbində "Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi, ölkədə görünməmiş canlanma və yüksəliş" adlı mühazirə keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Neylüfər Kərimova Ulu öndər Heydər Əliyevin Azərbaycana olan yüksək sevgisindən danışıb. N.Kərimova bildirib ki, Ulu öndər xalqımızın yaddaşında hər zaman ölkə tarixinə parlaq və silinməz izlər qoymuş böyük şəxsiyyət və müdrik dövlət xadimi kimi qalacaq.

Tədbir Bakı Turizm Peşə Məktəbinin müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Hicabə Sadıqovanın Ümumilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi, ölkədə görünməmiş canlanma və yüksəliş haqqında müəllim kollektivi və tələbələr üçün nəzərdə tutulmuş geniş mühazirəsi ilə davam edib.

H.Sadıqova mühazirə zamanı ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi və siyasi fəaliyyət barədə məlumatlar verib.

O, qeyd edib ki, Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı olan ümummilli lider Heydər Əliyevin siyasi kursunu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Tədbirin sonunda Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində məktəbdə silsilə tədbirlərin keçiriləcəyini qeyd edib, tələbələri bu tədbirlərdə aktiv iştiraka çağırıb.

image-21-01-23-02-13

image-21-01-23-02-16

image-21-01-23-02-16_1