Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Xidmət-İş” HİF tərəfindən “StreetNet İnternational” Beynəlxalq Alyansın 20 illiyi ilə bağlı tədbir keçirildi

  • 15
    11/2022
  • 16:11
  • 29
  • 1
    0
15.11.2022 - 16:11
29
0

Noyabrın 14-də "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası tərəfindən "Streetnet İnternational" Beynəlxalq Alyansın 20 illiyi ilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Federasiyanın vitse-prezidenti, eyni zamanda sözügedən  Alyansın katibi Cəmaləddin İsmayılov əvvəlcə  vətəndaş cəmiyyətinin ən böyük aparıcı qüvvəsi olan həmkarlar ittifaqlarının fəaliyyətindən, ittifaq üzvlərinin  yorulmaz əzmi nəticəsində əldə olunmuş nailiyyətlərdən və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  beynəlxalq müstəvidə nüfuzundan danışdı.

Qeyd etdi ki, "Xidmət-İş" HİF artıq 10 ildir "StreetNet İnternational" Beynəlxalq Alyansın üzvüdür: "Hazırda özündə 52 ölkəni birləşdirən Alyans 2002-ci ildən fəaliyyətə başlayıb. Əsas məqsədi üzv olan ölkələrdə qeyri-formal ticarətlə bağlı problemləri aradan qaldırmaq, bu sahədə çalışanların hüquqlarının müdafiəsi, maliyyə cəhətdən özünü dayanıqlı etmək və s. kimi məsələlərin həlli istiqamətində addımların atılmasıdır, o cümlədən ticarətçilərin səhiyyə sisteminə əlçatanlığı, sosial müdafiələri, təhlükəsizlikləri, o cümlədən böyük marketlər şəbəkəsi ilə bərabər, topdansatış bazarlarının da fəaliyyəti təmin olunmasında işlər görülməlidir. C.İsmayılov qeyd etdi ki, bütün bu sadaladıqlarımla bərabər küçə və bazar ticarətçiləri qeydiyyatdan keçib işçi kimi leqallaşmalıdır. Çünki bu onların gələcəyi üçün sosial paketin təmini deməkdir.  Bu sahədə yerlərdəki bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür. Onlar bu problemin həlli istiqamətində müəyyən layihələr hazırlamalı, təkliflər irəli sürməlidirlər. Biz də, Federasiya olaraq, bələdiyyələrlə birgə əməkdaşlıq edərək bu istiqamətdə görülən işlərə öz dəstəyimizi əsirgəmərik.

Daha sonra Bələdiyyə İşçiləri HİRK-in təşkilat şöbəsinin nümayəndəsi Verdiyev Emil çıxış edərək bu sahə ilə məşğul olan işçilərin əmək və sosial müdafiəsinin iş prinsiplərini iştirakçıların nəzərinə çatdırdı.

Sonda tədbirdə iştirak edən sahibkarların və media nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırıldı.

IMG-20221115-WA0005_1

11668497210_1668497115628

221668497162_1668497137924