"Azərittifaq"-ın sədri Eldar Quliyevə AHİK tərəfindən hədiyyə təqdim edildi

26 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Allahyar oğlu Quliyev doğum gününü qeyd elədi. Bu əlamətdar gün münasibətiylə ona Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tərəfindən hədiyyə göndərilmişdir. Hədiyyəni "Xidmət-İş" HİF-nın vitse-prezidenti Xəyyam Nəsibov təqdim elədi.
Xəyyam Nəsibov Səttar Möhbalıyevin təbrikini və xoş arzularını Eldar Quliyevə çatdırdı. Eldar Quliyev də öz növbəsində, AHİK-lə "Azərittifaq"ın arasında mövcud olan əməkdaşlığa yüksək dəyər verdiyini, Səttar Möhbalıyevə dərin minnətdarlıq və təşəkkürünü bildirməyi xahiş etdi.
Görüşün sonunda xatirə şəkilləri çəkildi.