Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Türk Dövlətlərinin Həmkarlar İttifaqlarının sıx əlaqələrin qurulması təşəbbüsü yekdilliklə bəyənildi

  • 27
    07/2022
  • 09:48
  • 445
  • 21
    0
27.07.2022 - 09:48
445
0

2022-ci il iyulun 19-u Türkiyənin "BASİSEN" Bank-Maliyyə və Sığorta İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə Türk Dövlətləri Həmkarlar İttifaqlarının videokonfransı keçirilmişdir. Videokonfransda Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti, Bakı Şəhər Komitəsinin sədri Xəyyam Nəsibov moderatorluq edirdi.

Onlayn iclasda Azərbaycan tərəfindən "Xidmət-İş" HİF-nın Bakı Şəhər Komitəsinin sədri Xəyyam Nəsibov, "BASİSEN" Bank-Maliyyə və Sığorta İşçiləri Həmkarlar İttifaqının  baş maliyyə katibi Canan Çevikbaş, Türkiyə tərəfindən "BASİSEN" Bank-Maliyyə və Sığorta İşçiləri Həmkarlar İttifaqının  beynəlxalq əlaqələr üzrə mütəxəssis Meral Ərdoğan, Qazaxıstan tərəfindən "Kızmet" Dövlət, Bank Müəssisələri və İctimai Xidmət İşçiləri Sənaye Həmkarlar İttifaqının sədri Mirbolat Jakıpov, "Kızmet" Dövlət, Bank Müəssisələri və İctimai Xidmət İşçiləri Sənaye Həmkarlar İttifaqının sədr müavini Atakozı Nurlanov, "Kızmet" Dövlət, Bank Müəssisələri və İctimai Xidmət İşçiləri Sənaye Həmkarlar İttifaqının sədrinin müşaviri Alima Beknazarova, Qırğızıstan tərəfindən ticarət, ictimai iaşə, istehlak kooperasiyası və digər sahibkarlıq formaları işçilərinin Mərkəzi Komitəsinin sədri Damira Dolotaliyeva, Özbəkistan tərəfindən sahibkarlıq, biznes və xidmət sahələri işçilərinin həmkarlar ittifaqının təşkilat işləri üzrə rəhbəri Sadritdin Seyfullayev iştirak etmişdilər. Həmçinin tədbirin keçirilməsində və dəstəyində fəallar Fərid Məmmədov və Firuzə Əliyevanın xidmətləri xüsusi qeyd edilmişdir.

Videokonfransın moderatoru Xəyyam Nəsibov həmkarları salamlayaraq, görüşə qatıldıqları üçün iştirakçılara təşəkkür etmiş, Türk Dövlətlərinin Həmkarlar İttifaqları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini vurğulamışdır. Daha sonra iclasda iştirak edən nümayəndələr təmsil etdikləri həmkarlar ittifaqlarının fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdilər.

İclasın sonunda bildirilmişdir ki, Türk Dövlətlərinin Həmkarlar İttifaqlarının sıx əlaqələrin qurulması təşəbbüsü yekdilliklə bəyənilsin, mütəmadi olaraq onlayn və əyani formatda görüşlər keçirilsin və təşkilatlar arasında təcrübə və fikir mübadiləsi aparılsın.

PHOTO-2022-07-25-13-45-44

PHOTO-2022-07-25-13-45-45

PHOTO-2022-07-25-13-45-45-1

PHOTO-2022-07-25-13-45-46

PHOTO-2022-07-25-13-45-46-2

PHOTO-2022-07-25-13-45-47

PHOTO-2022-07-25-13-45-47-3