Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Xidmət-İş” HİF-nın nümayəndələri Qazax şəhərində tədbirdə iştirak etmişdilər

  • 20
    06/2022
  • 15:27
  • 390
  • 32
    0
20.06.2022 - 15:27
390
0

17 iyun tarixində Qazax rayonunda ölkə başçısının sosial yönümlü siyasətini həyata keçirən, sosial tərəfdaşlıq sisteminin vacib subyektlərindən biri kimi çıxış edən"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası (HİF) Bakı şəhəri daxil olmaqla Respublikanın regionlarında BƏT-in dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) tərəfindən hazırlanmış 2030-cu ilə dək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirtmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat və "Covid-19" böhranından sonra inklüziv, sabit və davamlı xarakter daşıyan, insana istiqamətlənmiş bərpa işləri aparmaq məqsədilə qlobal fəaliyyətə çağırış, kitabların təqdimatları keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəcəb Babaşov və "Xidmət-İş" (HİF) nümayəndə heyəti iştirak etmişdilər.

Konfransdan əvvəl iştirakçılar Qazax şəhərinin Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdilər.

qazax-1

qazax-2

qazax-3

Sonra Qazax Gənclər və İdman İdarəsində konfrans keçirilmişdir.

Qazax RİH-nin başçısı Rəcəb Babaşov hamını salamlayıb, konfransı açıq elan edərək, Qazax şəhərində həyata keçirilmiş sosial və iqdisadi layihələr haqqında geniş məlumat vermişdir.

qazax-4

qazax-n2

Daha sonra söz "Xidmət-İş" HİF-nın vitse-prezidenti Xəyyam Nəsibova verilmişdir. İlk olaraq X. Nəsibov Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin ailələrinə göstərilən diqqətə görə və rayonda görülən işlərlə bağlı, xüsusən də mədəniyyət sahəsində və sosial layihələrə görə rayon icra hakimiyyəti nümayəndələrinə öz təşəkkürünü bildirmişdir. Xəyyam Nəsibov bu istiqamətdə görüləcək işlərdə onlara uğurlar diləyib, hamını bir olub, bir əmələ, bir məqsədə, bir niyyətə xidmət etməyə çağırıb, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti sayəsində qürur hissi ilə yaşanan Zəfəri hər birimiz dəyərləndirib, irəlidə duran yüksək hədəflərə nail olmağa arzulamışdır.

Çıxışının sonunda Xəyyam Nəsibov bildirdi ki, Qazax rayonu Respublikamızın "Qərb qapısı" olaraq ölkəmizin aparıcı rayonlarından biri sayılır, məhz buna görə hamı bir nəfər kimi öz yurduna, obasına layiqincə xidmət edib, əcdadlarımızın ruhu qarşısında başı uca olmalıyıq.

qazax-5

qazax-6

Daha sonra söz verildi "Xidmət-İş" HİF-nın vitse-prezidenti Camaləddin İsmayılova. C. İsmayılov "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası adından Qazax Rayon İcra Hakimiyyətinin bu kimi tədbirləri keçirdiyi üçün Qazax RİH-nin başçısı Rəcəb Babaşova dərin təşəkkürünü bildirib, ona "Xatirə kitabı" hədiyyə etdi və Dayanıqlı İnkişaf Məqsədlərin (DİM) həyata keçirilməsi barədə məruzə ilə çıxış etmişdir.

qazax-7-1

qazax-7

Sonra AHİK-nın Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov çıxış etmişdir. N. Hüseynov Qazax rayonuna ilk gəlişi olduğunu bildirib, rayonun abadlaşması, xoş abuhavası, inkişafı yalnız xoş təəsürat bağışladığını söyləydi və buna görə Qazax RİH-nin icra başçısına təşəkkür edib, gələcək işlərində uğurlar arzulamışdır. Öz çıxışında Namiq Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərin (DİM) həyata keçirilməsi ilə bağlı geniş mühazirə oxumuşdur.

O, tədbir iştirakçılarına DİM-nin müəyyən edilmiş bəndləri olan: yoxsulluğun bütün formalarına son qoyub, vətəndaşları dayanıqlı iş yerləri ilə təmin etmək, əhalinin sağlam yaşamasını və hər kəsi keyfiyyətli təhsil ilə təmin etmək, gender bərabərliyinə nail olmaq, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşviq etmək kimi məsələləri açıqladı. Həmçinin, həmkarların əsas prinsipləri olan: zəhmətkeşlərin hüquqlarının qorunması, əmək təhlükəsizliyinə riayət olunması, maddi yardımlar, maarifləndirmə, kollektivdə fikir ayrılığın tənzimlənməsi - bu istiqamətdə, xüsusən də sosial layihələrin təşkilində, böyük rolu olduğunu vurğulamışdır.

qazax-8

qazax-n3

Həmin günü daha bir görüş baş tutmuşdur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İcra aparatının məsul şəxsləri və "Xidmət-İş" HİF vitse-prezidentləri Camaləddin İsmayılov və Xəyyam Nəsibov ilə birlikdə Qazax Rayon Mərkəzi Xəstəxanasına baş çəkib, orada çalışan tibb işçilərini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik etdilər. Qazax RİH-nin başçısı Rəcəb Babaşov hamının adından həkimlərimizin bu vacib və yorulmaz fəaliyyətlərində uğurlar diləyib, onlara Fəxri Fərmanlar təqdim etmişdir.

Tədbirdə "Xidmət-İş" HİF-nın Qazax RHİK-nin sədri Vəliyev Anar, Tovuz RHİK-nin sədri Qəfərov Qara, Gəncə RHİK-nin sədri Səmədov Ələddin və Qazax rayonu Mədəniyyət İşçilərin Həmkarlar sədri Qurbanov İsgəndər iştirak etmişdilər.

Görüşdə xatirə şəkilləri çəkilmişdir.

qazax-9

qazax-10

qazax-11

qazax-n2

qazax-16

qazax-12

qazax-13

qazax-14

qazax-15