Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Azpetrol LTD” MMC-nin həmkarlar ittifaqı komitəsi tədbir keçirdi

  • 27
    04/2022
  • 16:10
  • 80
  • 1
    0
27.04.2022 - 16:10
80
0

19 aprel tarixdə “Azpetrol LTD” MMC-nin həmkarlar ittifaqı komitəsi təhlükəsizlik  texnikası, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsi ilə birlikdə  “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə  keçiriləcək Ümumdünya Əməyin Mühafizəsi Günü ərəfəsində Şirkətə məxsus yanacaq və qaz doldurma məntəqələrində, yanacağın saxlanılması anbarlarında və avtomobil sahəsində iş növbəsi başlamamışdan əvvəl işçilərə cavabdeh məsul şəxslər tərəfindən əməyin mühafizəsinin təhlükəsizlik qaydalarını ilə təlimatlar barədə danışaraq, bir neçə məlumatı çatdırdılar: 2021-ci il ərzində  işçilərin  xüsusi  geyim, ayaqqabı və fərdi mühafizə vasitələri ilə təmin edilməsinə 324922.91 manat vəsait xərclənmişdir. Kollektivdə işçilərin mədəni kütləvi tədbirlərin keçirilməsinə 199373.80 manat və maddi yardımların verilməsinə 96903.44 manat vəsait xərclənmişdir.Bununla yanaşı 2020-ci ildən dünyada tüğyan edən pandemiya şəaitində Şirkətindayanıqlı iş rejiminin təmin edilməsi məqsədiləişçilərin qoruyucu maskalarla təmin edilməsinə 169910.19 manat, iş yerlərinin dezinfeksiyası və dezinfektantlarla təmin edilməsinə 314922.54 manat və işçilərin ixtisaslı klinikalarda COVİD-19 yoluxmasının yoxlaması üçün 56336.00 manat vəsait xərclənmişdir.

Bildirilirdi  ki, Şirkət rəhbərliyi və HİK mütəmadi olaraq qarşırıqlı şəraitdə çalışmasının, yuxarıda qeyd edilən məsələlərlə bağlı vaxt aşırı kollektivlə görüşlərin təşkil edilməsinin nəticəsi olaraq əməkdaşların mədəni sosial həyat rifahının yüksəlməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi günnü tələblərinə uyğun olaraq  təşkil olunmuşdur.