Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür

  • 28
    04/2022
  • 15:35
  • 26
  • 1
    0
28.04.2022 - 15:35
26
0

Beynəlxalq Əmək Təşkilatı (BƏT) bütün dünyada iş yerlərində bədbəxt hadisələrin və xəstəliklərin qarşısının alınmasını təşviq etmək məqsədilə aprelin 28-ni müxtəlif devizlər altında Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edir və bu gün ilə bağlı dünyada hökümətlər, həmkarlar ittifaqları və işəgötürənlər tədbirlər təşkil edirlər.  2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi gününü BƏT – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə qeyd etməyi tövsiyyə etmişdir. Bu ictimai maarifləndirmə kampaniyasının məqsədlərini xidmətimizdə olan müəssisə və təşkilatlara müzakirə etməsi üçün  müraciət olunmuşdur.  Keçiriləcək birgə tədbirlərdə əmək kollektivlərində işçilərin üzləşdiyi problemləri ətraflı öyrənərək müzakirə edilməsini, bu problemlərin qarşısının alınması üçün tədbirlər görülməsini, işçilərin təhsilləndirilməsi və iş yerlərində mövcud olan təhlükələr və risklər barədə məlumatlandırılmasını, bədbəxt hadisələrin profilaktikası, əmək qanunvericiliyi, şəxsi hüquqları barədə təbliğatı işlər təşkil edilməsi tövsiyyə olunub.

Ümumdünya Əməyin Mühafizəsi Günü ərəfəsində ilk tədbir aprel ayının 15-i “Kurort” QSC-nin “Abşeron” sanatoriyanın akt zalında Federasiyanın vitse-prezidenti Cəmaləddin  İsmayılov, baş texniki əmək müfəttişi Tofiq Hüseynov, AHİK-in  əməyin mühafizə şöbəsinin mütəxəssisi Mürvət Mehrabov iştirakı ilə  “Bilgəh”, “Günəşli”,”Abşeron”,”Qaranquş” sanatoriyaların qazanxana işçiləri, elektirlər, qaynaqçılar, digər texniki əməkdaşları ilə maraqlı görüş keçirdiblər.

28-aprel-2

Mürvət Mehrabov Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixi barədə məlumatlandırdı. BƏT 2003-cü ildən etibarən 28 Aprel- Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edib və bütün dünyada olduğu  kimi, Azərbaycanda  da hər il qeyd olunur.Hər il vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-igtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Bunun nəticəsidir ki, işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə, istehsalatda baş verən əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə ölkəmizdə fəal dövlət siyasəti həyata keçirilir. Bu gün işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirlməsi hallarından icbari sığortasının təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr yaradılır və nəticəsi olaraq, işləyən əhali tam olaraq bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirlməsi hallarından bu gün  icbari sığorta ilə əhatə olunub.

C.İsmayılov işəgötürənlərin üzərinə həmkarlar komitələri ilə birlikdə işçilərin əməyin mühafizəsi sahəsində təhsilləndirilməsi və peşə səviyyəsinin artırılmasının vacibliyi barədə qeyd edərək bildirdi ki, mülkiyyət formasından, təşkilat-hüquqi quruluşundan, fəaliyyət növündən və istehsalatın təhlükəlilik səviyyəsindən asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda işçilərə əməyin təhlükəsiz metod və üsullarının öyrənilməsi təşkil olunmalıdır.  İş yerində müsbət təhlükəsizlik mədəniyyəti o deməkdir ki, həm rəhbərlik, həm də işçilər təhlükəsiz və sağlam iş mühitini dəyərləndirir və buna çalışırlar. Yüksək təhlükəsizlik mədəniyyətinin mövcud olduğu yerlərdə işçilər öz təhlükəsizliklərinə və sağlamlığına mümkün təhlükələr və ya peşə riskləri ilə bağlı narahatlıqlarını ifadə etməkdən çəkinmirlər və rəhbərlik yaranan problemlərə ağlabatan, effektiv və etibarlı həllər tapmaq üçün işçilərlə işləmək təşəbbüsü ilə çıxış edir, yəni  etimad və qarşılıqlı hörmət əsasında effektiv dialoq qurulur. Bu isə bu günün tələbidir.

T. Hüseynov, baş texniki əmək müfəttişi olaraq, peşə risklərdən danışaraq istehsalat avadanlıqlarının təhlükəsiz vəziyyətdə olmasına nəzarəti birbaşa o avadanlıqdan istifadə edən işçilərdən də asılı olduğunu qeyd etdi: avadanlıq mütəmadı olaraq təchiz olunmalıdır, ona nəzarəti hər kəs öz iş yerində etməlidir.Texnoloji proseslərin təhlükəsizliyinin təmin olunması,o cümlədən işçilər ağır, monoton işdən, zərərli əmək şəraiti olan istehsalatdan kənarlaşdırmaq məqsədilə texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işlərin aparılması işçi tərəfdən verilən təkliflərin üstündə aparılmalıdır. İşçilərin müvafiq xüsusi fərdi, ən vacibi isə keyfiyyətli mühafizə vasitələri(FMV) ilə təmin olunması  həm rəhbər, həm həmkarlar ittifaqı, həm işçi tərəfdən nəzarət olunmalıdır. Hüseynov T. İstehsalatda baş verən bədbəxt hadisələrin və peşə xəstəliklərinin düzgün araşdırılma və uçota alınması barədə danışaraq, qeyd etdi ki, bu ilin əvvəlində xəstələnmə halları ilə əlaqəli hesabatının təqdimatında, bir çox təşkilat və müəssisələr  həmin suallara açıqlama vermişdilər. Həmçinin işçilərin əməyinin sanitar-məişət şəraitinin təmin olunmasına həmkarların nəzərəti olmalıdır. Bir sözlə  pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət gücləndirməlidir.

Görüş diskussiya formada keçdi.

28-aprel-1