AHİK-in gənclərin məşğulluğunun təşviqi sahəsində təhlilinə dair məlumat hesabatı

Azərbaycan həmkarlar ittifaqlarının gənclərin məşğulluğunun təşviqi strategiyasının hazırlanması üzrə analitik araşdırması məşğulluq sahəsində dövlət siyasətinin, gənclərin məşğulluğunun xüsusiyyətlərinin və ona təsir edən amillərin öyrənilməsinə, mütəxəssislərin ekspert qiymətləndirmələrinə, ölkənin müxtəlif regionlarında yaşayan respondentlər arasında sorğunun aparılmasına, o cümlədən, həmkarlar ittifaqlarının Gənclər Şurasının fokus qrupları və ölkənin müxtəlif universitet və kolleclərinin tələbə təşkilatları ilə işə əsaslanır.
Sənəd gənclərin müasir şəraitdə və rəqəmsal texnologiyaların inkişafı kontekstində vəziyyətinin nəzərdən keçirilməsini, gənclərin məşğulluq probleminin mövcud vəziyyətini izah edən və müəyyənləşdirən iqtisadi, siyasi və sosial parametrlərin təhlilini ehtiva edir. Çalışan gənclərin məşğulluğunun təmin edilməsində və mənafelərinin qorunmasında ölkə həmkarlar ittifaqlarının rolu nəzərdən keçirilir.
Nəticələr və tövsiyələr Azərbaycan Respublikasında gənclər siyasəti strategiyasının və yeni layiqli əmək proqramının işlənib hazırlanmasında istifadə oluna bilər.