“Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində ağacəkmə kampaniyası keçirildi

Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində cari ilin 3 dekabrında AHİK-in üzv təşkilatların, o cümlədən, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər. "Yaşıl marafon" çərçivəsində 1000 ədəd Eldar şamı və zeytun ağacların əkilməsində Federasiya əməkdaşlarının da töhfələri var.