Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

AHİK-də yaşıl iqtisadiyyata həsr olunmuş tədbir keçirilib

  • 25
    11/2021
  • 14:23
  • 4
  • 1
    0
25.11.2021 - 14:23
4
0

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) "Azərbaycan Respublikasında yaşıl iş yerlərinin yaradılması vasitəsilə ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata ədalətli keçid üçün həmkarlar ittifaqı strategiyasının hazırlanması haqqında həmkarlar ittifaqı işçiləri üçün analitik arayış" mövzusunda vebinar keçirib.

Tədbirdə AHİK-in  rəhbər şəxsləri və məsul əməkdaşları, həmçinin quruma üzv təşkilatların nümayəndələri iştirak ediblər.

Giriş sözündə AHİK sədrinin birinci müavini İlyas Əliyev ölkəmizin artan iqtisadi qüdrətindən, qeyri-neft sektorunun inkişafından, dünya iqtisadiyyatına inteqrasiyadan, enerji və resurslara qənaət edən ekoloji baxımdan təmiz texnologiyalardan, sənayenin ayrı-ayrı sahələrinin bir-biri ilə uzlaşmış şəkildə fəaliyyətindən və bu istiqamətdə dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu iqtisadi fəaliyyətindən danışıb.

vebinar-24-11-21-1

Daha sonra çıxış edənlər yaşıl iqtisadiyyatın inkişafı imkanlarından, təbiəti mühafizə edən layihələrdən, yaşıl texnologiyanın inkişaf yollarından, çirkləndirməni azaldan, enerji və resurslardan istifadənin effektivliyini artıran, həmçinin bioloji müxtəlifliyin və ekoloji xidmətlərin itirilməsinin qarşısını alan investisiya layihələrindən bəhs ediblər.

Qeyd olunub ki, sənaye sahəsində əldə olunan göstəricilər bir daha sübut edir ki, artıq Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilməkdədir. Vurğulanıb ki, yaşıl iqtisadiyyatın nümunəsi olaraq hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları fəaliyyət göstərir.

Həmçinin yaxın vaxtlarda yaşıl iqtisadiyyata dair aparılmış təhlillər, görülümüş işlər, bu istiqamətdə Konfederasiya tərəfindən keçirilmiş sorğunun nəticələri və ekspert rəyləri haqqında kitabın nəşr olunacağı bildirilib.

vebinar-24-11-21-2