Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

8 Noyabr Zəfər gününü milli birlik və həmrəylik içində qeyd edildi

  • 16
    11/2021
  • 11:21
  • 3
  • 1
    0
16.11.2021 - 11:21
3
0

"Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının xidmətində olan müəssisə və təşkilatlar  Vətənimizin işğal  altından azad olunmasını, millətimizin müstəqilliyini müjdələyən 8 Noyabr Zəfər gününü milli birlik və həmrəylik içində qeyd ediblər, Tədbirlərdə Bayrağımızın azad dalğalanmasına səbəb olan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla  şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad olunub. Keçirilən tədbirlərdə şəhidlərimizin ailə üzvləri, qazilər iştirak ediblər. Belə ki, Bakı Turizm Peşə Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə Məktəbinin şəhid məzunları Sahil Babayev və Arif Rüstəmovun adları verilmiş sinif otaqları ilə tanışlıqdan sonra, akt zalında baş tutan tədbirdə Vətən müharibəsi qaziləri, Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə və Agentliyin nümayəndələri, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən Assosiasiyaların və təşkilatların rəhbər şəxsləri, məktəbin müəllim və tələbə kollektivi iştirak edib.

8-noyabr-01

8-noyabr-02

8-noyabr-03

8-noyabr-04

8-noyabr-05

8-noyabr-06

8-noyabr-07

Azərbaycan Kooperasiya Universitetinın müəllim və tələbə kollektivi, Türkiyadan dəvət olunmuş qonaqlarla birgə  Universitetdə  Zəfər Gününə həsr olunmuş  böyük tədbir keçiriblər.İlk öncə tələbələr ağaç əkinində iştirak etdilər. Akt zalda hazırlanmış və səsləndirilmiş müharibə qəhrəmanlarına musiqi ithafı böyük maraqla qarşılandı.Burada Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zəfərinin önəmindən, bu zəfər uğrudan canından keçən şəhidlərin şücaətindən danışıldı. 44 günlük "Zəfər Yolu"muzun çətin,ağrılı qürurlu olduğu qeyd olundu. Şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə can sağlığı dilənildi.

8-noyabr-08

8-noyabr-09

8-noyabr-10

8-noyabr-11

8-noyabr-12

Maraqlı  və unudulmaz tədbir "Sumqayıt Hospital" MMC-də oldu. 44 günlük "Zəfər"ə gedən yolumuzda ordumuzla çiyin-çiyinə mübarizə aparan, ordumuza dəstək olan  həkimlərimizi  unutmaq olmaz.

"Sumqayıt Hospital" MMC-nin qəhrəman həkimləri 44 gün ərzində ön cəbhədə,odun-alovun arasında hərbiçilərimizə tibbi yardım etmişlər, onlar Federasiyanın Fəxri Fərmanları ilə təltif olunublar:

  • Mirzəyev Elvin Xudakərim oğlu:ümumi cərrah.
  • Abışov Tural Nizaməddin oğlu:həkim-kordioloq.
  • Ağayev Fuad Gülbala oğlu:travmotoloq-ortoped.
  • Verdiyev Yaşar Şirbaba oğlu:həkim-stomatoloq.
  • Abdulhəsənov Müşviq Ağaxan oğlu: həkim- rentgen, hərbi həkim.   

8-noyabr-13

8-noyabr-14

8-noyabr-15

"Azpetrol LTD" MMC 8 Noyabr Zəfər günü bayramı ilə əlaqədar  245 nəfər müharibə iştirakçısına və 4 şəhid ailəsinin hər birinə 300.00 azn ümumilikdə 74700.00 manat maddi yardım göstərilmişdir.

8-noyabr-16

8-noyabr-17

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!!!