Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Azərİttifaq”ın sədri Eldar Quliyevin təltif mərasimi

  • 15
    10/2021
  • 09:54
  • 16
  • 4
    0
15.10.2021 - 09:54
16
0

13 oktyabr 2021-ci il tarixində saat 11.00-da  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, professor Eldar Allahyar oğlu Quliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Azərbaycan Həmkarlar İttifaqları – 115 illik" Yubiley Döş Nişanı ilə təltif olunmuşdur.

Təltif mərasiminin aparılması "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibova həvalə edilmişdir. Xəyyam müəllim tədbiri açaraq, hamını salamladı, sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin salamlarını və təbriklərini çatdırdı.  

Xəyyam müəllim "Azərbaycan Həmkarlar İttifaqları – 115 illik" Yubiley Döş Nişanını və ordeni Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından təqdim edərək, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"-a yorulmaz fəaliyyətində uğurlar diləyib, yeni nailiyyətlər əldə etməyi arzuladı. Eldar Quliyev öz növbəsində Konfederasiyanın apparatına, başda Səttar müəllim olmaqla  dərin təşəkkürünü bildirdi.

Sonda xatirə şəkilləri çəkildi.

eldar-quliyev-teltif-1

eldar-quliyev-teltif-3