Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Üzvlərin istirahətinin təşkili və onların sağlamlıqlarının qorunması Həmkarların əsas vəzifəsidir

  • 14
    09/2021
  • 15:50
  • 51
  • 7
    0
14.09.2021 - 15:50
51
0

Azərbaycan həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri işçilərin istirahətinin təşkili hesab olunur. Bu məqsədlə Konfederasiyanın bir neçə sanatoriyası və pansionları fəaliyyət göstərir, ilboyu həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin olunur.

Sentyabrın 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və  sahə həmkarlar sədrləri “Abşeron” mədə-bağırsaq sanatoriyasının bir neçə korpusunda görülmüş təmir işləri nəticələrinə baxış keçirmiş, oranı ziyarət etmişlər. Tədbirdə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası tərəfindən "Xidmət-İş" HİF-nın vitse-prezidenti Xəyyam Nəsibov iştirak etmişdi. Qonaqları AHİK sədrinin müavini, “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil   Rzaqulu oğlu Ağasiyev qarşılamışdır.

“Abşeron” mədə-bağırsaq sanatoriyası Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir. Burada komfortlu yaşayış korpusları, konfrans zalları, istirahət otaqları, yeməkxana, hovuz, istirahət parkı, tennis meydançası və s. mövcuddur. Sanatoriyanın əsas xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, təbii palçıq və parafin terapiyası kimi müalicə prosedurları daxildir. İstirahət və müalicə olunanlar təcrübəli həkimlər tərəfindən müayinə olunur və 18 gün ərzində daimi tibbi nəzarət altında saxlanılırlar.

Sonra Səttar Möhbalıyev və bütün iştirakçılar Abşeron yarımadasında yerləşən “Bilgəh” kardioloji sanatoriyasına gedib, orada tamamlanan təmir işləri ilə də tanış olmuşlar. Abşeron yarımadasının şimal sahilində yerləşən “Bilgəh” kardioloji sanatoriyası Bakı şəhərindən  40 km məsafədədir. Sanatoriya hər cür müasir diaqnostik və tibbi avadanlıqlarla təchiz edilmişdir. Sanatoriya korpusları ən son tələblərə tam cavab verir,  memarlıq cəhətdən tam milli ənənələrə uyğundur.

Ziyarət əsnasında Səttar müəllim ölkədə koronavirusa yoluxanların getdikcə artdığını, buna görə də virusdan qorunmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına əməl olunması barədə maraqlanıb və tələb olunan bütün qaydalara riayət olunmasının vacibliyini vurğulamışdır.

Daha sonra Səttar Möhbalıyev hər il 100 mindən artıq həmkarlar üzvlüyündə olan şəxslər istirahət mərkəzlərinə getmək üçün yollayışlarla

təmin olunduğunu və 20 mindən artıq  həmkarlar üzvünə sağlamlıqlarının bərpası üçün yollayışlar verildiyi barədə söyləmişdi.

Ziyarətin sonunda Səttar müəllim bildirdi ki, həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri üzvlərin istirahətinin təşkili və onların sağlamlıqlarının qorunması istiqamətində tədbirlər görülməsidir.

Ziyarət zamanı xatirə şəkilləri çəkilmişdir.

DSC_0068

DSC_0153

DSC_0148

DSC_0276