Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Xidmət-İş” HİF “StreetNet İnternational” xətti ilə silsilə “Sosial dialoq” mövzusunda maarifləndirici seminarlar keçirir

  • 16
    07/2021
  • 09:45
  • 15
  • 2
    0
16.07.2021 - 09:45
15
0

"Xidmət-İş" HİF "StreetNet İnternational" xətti ilə silsilə "Sosial dialoq" mövzusunda maarifləndirici seminarlar keçirir. Seminarların əsas mövusu küçə və bazar satıcılarının sosial dialoq daxilində əmək və sosial hüquqlarının qorunmasıdır. Seminarlar Şəmkir, Qəbələ və Bakı şəhərlərində baş tutub. Tədbirlərdə həmkarların üzvləri, dövlət əmək müfəttişliyi, Milli Sahibkarlar Konfederasiyasının , Azərbaycan Qadınlar Sahibkarlar birliyinin nümayəndələri iştirak edirlər.

Tədbirlərin aparıcısı "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyanın vitse - prezidenti və "StreetNet İnternasional" qurumun katibi Cəmaləddin İsmayılov çıxışında toplantı iştirakçıların nəzərinə çatdırdı ki, Azərbaycan Dövlətinin prezidenti cənab İlham Əliyev başda olmaqla son on ildə ölkəmizin dayanıqlı iqtisadi və sosial inkişafını dünya standartlara yönəldərək vətənimizi qüdrətli dövlətlər sırasına yüksəltdilər. Hal-hazırda ölkəmizdə stabillik daxilində üçtərəfli Baş saziş əsasında Dövlətin Həmkarlar İttifaqlarının və Milli Sahibkarlar Konfederasiyasının məqsədi hər bir kollektiv və təşkilatlarda sosial dialoqun bərqərar olmağıdır. Ölkəmiz üçün işəgötürənlərlə işçilər arasında kollektiv müqaviləsi daxilində sosial dialoqun inkişafına hər bir sahədə diqqət artmalıdır. Dövlətimizin "Layiqli Əmək" proqramının həyata keçirilməsində sosial dialoqun əvəzsiz rolu var. Eyni zamanda Cəmaləddin İsmayılov xatırlatdı ki, hər bir təşkilatda işəgötürən tərəfindən şəhid ailələrinin üzvlərinə və qazilərimizə diqqət artmalıdır və onlara qarşı Əmək məcəlləsi daxilində haqsızlığa yol verilməzdir. Bu məsələ həmkarlar ittifaqları komitəsi və işəgötürənlərlə sosial dialoqun əsas mövzularından biri olmalıdır. Biz etiraf etməliyik ki, ölkəmizdə ölkə başçısı tərəfindən kiçik və orta sahibkarlığın inkişafına layiqli diqqət olduğu bir vaxtda sahibkarların maarifləndirilməsinə də böyük ehtiyac vardır. Sahibkarların maarifləndirilməsində Həmkarlar İttifaqlarını cəlb edilməsini məqsədə uyğun hesab edirik.

14 iyul Bakı şəhərində "Ud" restoranında keçirilən tətbirdə Anar Rzayev- ƏƏSN, Xaqan Hümmətzadə- MSK, Aygün Əliyeva - AQSB nümayəndələri toplantı iştirakçılara qarşısında mövzu ətrafında çıxışlar etdilər. Onların çıxışları dinləyicilər maraqlı suaaları ortaya gətirdilər: Niyə əmək müfəttışliyi təşkilatlarda olarkan kollektiv müqavilələrin bağlanması barədə suallar verilmir, niyə iki dövlət qurumu vergi və əmək müfəttişliyi bir müvqeydən çıxış etmirlər? NiyəYeni qəbul olunan qanunlar barədə Sahibkarlar maarifləndirmirlər? Sahibkarların maraq dairəsi xidməti müqavilə idi: kim ilə, nə müddətə, cərimələr necədir və s. Qonaqlar və iştirakçılar belə seminarların faydalı və əhəmiyyətli olduğu barədə qeyd etdilər.

Sonda ümumi şəkil çəkildi.

DSC_0033