Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Yay istirahət mövsümünün başlanması barədə

  • 15
    07/2021
  • 14:41
  • 8
  • 1
    0
15.07.2021 - 14:41
8
0

Yay istirahət mövsümünün başlanması, işçilərin və onların ailə üzvlərin sanatoriyalarda, istirahət mərkəzlərində və turist bazalarında kütləvi halda dincəlmələrini nəzərə alaraq, müəssisələrdə bədbəxt hadisələrin və xəsarətlərin  (o cümlədən heyvan və həşəratlarla təmas və ilan sancmalarından) qarşısını almaq, o cümlədən Pandemiya ilə əlaqəli (maskaların taxılması, sosial məsəfələrin saxlanılması, şəxsi gigiyenaya riayət edilməsi)  həmin mərkəzlərdə insanların səhhəti üçün təhlükə mənbələrini aşkar edib, onların qarşısını almaq məqsədi ilə  Federasiya müəyyən işlər görmüşdür.

Federasiyanın iş planına və verilmiş sərəncama əsasən, 2021-ci ilin iyun  ayında baş texniki əmək müfəttişi T.Hüseynov Nabrandakı  "Xəzər" turist bazasında ictimai nəzarət həyata keçirmiş, əməyin mühafizəsinin vəziyyəti ilə yaxından tanış olmuşdur. Pandemiya ilə əlaqədar 2020-ci ildə Turbaza turist qəbulunu dayandırmış və 2019-cu ildən bu ilin yay mövsümünün başlanması ilə əlaqədar hər il olduğu kimi Respublika Dezinfeksiya Mərkəzinin profilaktik dezinfeksiya şöbəsi dezinfeksiya və deratizasiya işləri yerinə yetirmişdir. Turbazanın müdiriyyəti tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndəsi ilə birgə monitorinq zamanı texnoloji avadanlığların təhlükəsizlik və istehsalat gigiyenasının tələblərinin  cavab verməsinə, qoruyucu çəpərlərin, yanğın əleyhinə xilasedici vasitələrin, ilan sancması əleyhinə zərdabların, qadağanedici və xəbərdaredici nişan və plakatların olmasına xüsusi diqqət yetirilmişdir. Pandemiyanın qarşısıın alınmasından ötrü bəzi maarifləndirici plakatların vurulması (əsas korpusda, koteclərdə, tibb məntəqəsində, bufet və yeməkxanalarda və s.) təşkil etmişdir.

Turbaza ərazəsi abadlaşdırılmış, elektrik yarımstansiyasının dam örtüyü  və qapıları təmir edilmişdir. Ərazinin işiqlandırma sistemi  yeniləşdirilmiş, hava xətləri kabellərlə əvəz edilmişdir. Əsas korpusda isti su ilə təhciz olunan duşxanalar istifadəyə verilmişdir. Qanunvericiliklə tələb olunan normativ - hüquqi sənədlər qaydaya salınmışdır.                                                              

Turbazada əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə aid tələb olunan sənədlər qaydaya salınmış, ştat cədvəlində olan peşə və vəzifələr üçün təhlükəsiz işləmək qaydalarından təlimatlar işlənib hazırlanmış, həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmaqla təsdiq edilmişdir.

Hal-hazırda "Xəzər" Turist Bazsası pandemiya qaydalarına riayət etməklə personalı ilə  turistlərin xidmətində fəaliyyətini davam elətdirir.

 

Federasiyanın İcraiyyə Komitəsi qərara alır:

1. Yay istirahət mövsümünün başlanması ilə bağlı təqdim olunan arayış nəzərə alınsın (əlavə olunur);

2. "Xəzər" turist bazanın rəhbərinə (M.K.Şirəliyevə) aşağıdakı tədbirləri həyata keçirilməsi tövsiyyə edilsin;

2.1. İşə qəbul edilən bütün işçilərlə ( o cümlədən müvəqqəti işçilərlə) əməyin mühafizəsi və təhlükəsizlik texnikasından giriş və iş yerində ilkin təlimatlar keçirilməsi və nəticələrinin jurnallarda və təlimatlandırma vərəqələrində qeyd edilməsi təşkil etsinlər;

2.2.Əmək Məcəlləsinin 215,219,220,222,223-cü maddələrinin tələblərinə əsasən:

  • İşçilərə sahə normalarına uyğun pulsuz xüsusi iş geyimləri, xüsusi ayaqqabı, fərdi mühafizə vasitələri və sanitar geyimlərinin verilməsi və müəyyən olunmuş qaydada uçotunun aparılmasını ciddi nəzərətdə saxlanılsın;
  • Işəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəratinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilələrdə və əmək müqavilələrində öz əksini tapsın;
  • İş yerlərində sanitariya-gigiyena şəraiti (istilik, ventilyasiya, kondisionerlə təchiz etmə, işıqlanma və digər amillər üzrə) və eləcə də işçilər üçün yaradılan sanitar-məişət şəraitini (qarderoblar, duşxanalar, tualetlər, qida qəbulu və istirahət otaqları, əl-üz yuyanlar və s. ) ictimai-iaşə və xidmət müəssisələrində əməyin mühafizəsi norma və qaydalarına uyğunlaşdırmaqdan ötrü tədbirlər həyata keçirilməsi davam etdirilsin.

3. Turizm və  Ekskursiyalar Şurasının həmkarlar ittifaqı Təşkilatdan Əsasnaməyə uyğun əmək qanunvericiliyinə riayət olunması sahəsində ictimai nəzarət həyata keçirmək sahəsində fəaliyyətlərini gücləndirilməsi tələb edilsin;

4. Bu Qərarın icrası barədə Federasiyaya carı ilin oktyabr ayının 01-dək məlumatın təqdim edilməsi texniki əmək müfəttişliyinə (T.Hüseynov) tapşırılsın;

5. Qərarın icrasına ümumi nəzarət Federasiyanın vitse-prezidenti C. İsmayılova tapşırılsın.