Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Xidmət - İş” HİF-in təklifi “StreetNet İnternational”-dan dəstək almışdır

  • 15
    07/2021
  • 12:49
  • 10
  • 1
    0
15.07.2021 - 12:49
10
0

"Xidmət-İş" HİF "StreetNet İnternational" beynəlxalq təşkilatın üzvü kimi məlumat olaraq bildirir ki,  "Post-COVID-19 İqtisadi Qurtarma Planlarının İnkişafına dair" StreetNet İnternational (SNİ) rəhbərliyinin 29.03.2021-ci il tarixli məktubuna əsasən qlobal bir təhlükə və fövqəladə hal olan COVID-19 pandemiyasının böyüklüyünü, sonrakı iqtisadi bərpa və dayanıqlıq planlarına artan diqqətini, əksəriyyəti qadın olan küçə və bazar satıcılara, qeyri-rəsmi  sərhədyanı satıcılar kimi həssas işləyənlərə əlavə problemlərin gətirdiyi və vəziyyətlərinin daha da pisləşdirməsini nəzərə alaraq, 2020-2022-ci illər ərzində Beynəlxalq Fövqəladə Proqramı çərçivəsində SNİ tərəfindən birdəfəlik dəstək verməyi qərarlaşdırılmışdır. "Xidmət-İş" HİF  təklif olunan fəaliyyətlər çərçivəsində həyata keçirilə biləcək layihə Federasiyanın vitse-prezidenti, "StreetNet İnternational"təşkilatının katibi  Cəmaləddin İsmayılovun təklifi, "StreetNet  İnternational"-dan dəstək almışdır.

Bildiyiniz kimi, xüsusən yay aylarında kənd və  qəsəbələrin yolları boyunca  küçə ticarəti ilə məşqul olanların sayı artır. Baxmayaraq ki, respublikada bazarların (şəhərlərdə) təşkili yüksək səviyyədədir, burada normal ticarət üçün hər cür şərait yaradılmışdır (piştaxtalar, sanitariya-gigiyena şəraiti, namaz qılmaq üçün otaqlar, kafe və malların saxlanılması üçün otaqlar, hansı ki, bir çox küçə satıcısının küçələrdən bazarlara köçür, Bu da şəhərlərin küçə və meydanlarını təmiz saxlamağa imkan verir.

2-ci maraqlı olan təklif : Azərbaycanda ölkə daxili turistləri cəlb etmək və daxili turizmi inkişaf etdirmək üçün çox iş gördüyünü nəzərə alsaq, hər kəndin yaxınlığındakı magistral yolların hər tərəfində bütün sanitar şəraiti olan mini bazarlar yaratmalıyıq ki, alıcı tacirlərin və malların havadan qorunduğunu görsün.

Bu kimi suallar Şəmkir, Gədəbəy,Qəbələ rayonlarda keçirilən seminarlarda öz əksini tapmışdır. Tədbirlərdə yerli rayon həmkarlar ittifaqı sədrləri, Əmək Nazirliyinin regional , Milli Sahibkarlar Konfederasiyasının, yerli Bələdiyyə,  Ailə və uşaq komitəsi nümayəndələri, ümumiyyətlə hər bir seminarda  20-25 nəfər, o cümlədən 10-15 nəfər küçə və bazar satıcıları,  iştirak edirlər.                       

Qeyd etməliyik ki, "StreetNet  İnternational" tərəfindən küçə satıcılarının hüquqlarını müdafiə etmək üçün yerli və bələdiyyə rəhbərləri ilə vəkillik və dialoq sahəsində çox işlər görülür, həmçinin yerli təhsil fəaliyyətləri ilə təşkilatı gücləndirir. Onların təcrübəsinə istinad edərək, ən çox suallar Bələdiyyə nümayəndələrinə olmuşdur, çünkü yerlərin ayrılması, suyun çəkilməsi, piştaxtaların tikilməsi, bir sözlə iş şəraitinin  yaradılması tamamilə bələdiyyənin səlahətindədir və onların vəzifə borclarıdır. Müzakirələrdə  Milli Sahibkarlar Konfederasiyasının Regional nümayəndələri Əmiraslanov Azər(Şəmkir), Şərifzadə Əjdər( Qəbələ), Əmək Nazirliyinin Şəmkir nümayəndəsi Cavançir Məmmədov, Ailə və uşaq komitəsinin  Qəbələ nümayəndəsi Məmmədova Sevil və b.

"Sosial dialoq bir çox problemlərin  olması üzə çıxartdı: əsasən də kənd təsərrufatı ilə məşqul olanların məhsulun yığımı ilə məşqul olanların olmaması, qiymətlərin istifadə olunmuş zəhmətin dəyərinin ucuzlaşması, iş əşraiti. 3 seminardan sonra təklifi ilə razılaşaraq, Federasiya "ilin ən yaxşı küçə və bazar ticarətin təşkili" müsabiqəsi elan edəcəkdir.

StreetNet-3

StreetNet-2