Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

"Xidmət-İş" HİF-nın vitse-prezidenti Xəyyam Nəsibov "Azərbaycan Həmkarlar İttifaqları–115 illik" Yubiley Döş Nişanı ilə təltif olunmuşdur

  • 02
    07/2021
  • 09:47
  • 78
  • 6
    0
02.07.2021 - 09:47
78
0

01 iyul 2021-ci il tarixdə saat 14.00-da Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov "Azərbaycan Həmkarlar İttifaqları – 115 illik " Yubiley Döş Nişanı ilə təltif olunmuşdur.

xeyyam-nesibov-teltiv-2

Təltif mərasimini Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının prezidenti İlyas Əliyev aparırdı. İlyas müəllim Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən nişanı təqdim edib, Xəyyam Nəsibov bu illər ərzində göstərdiyi məqsədyönlü fəaliyyəti və nailiyyətlərini bir peşəkar kimi sübuta yetirdiyini bildirdi. Sözü bütöv, əməli də düz olan bir şəxs olduğunu vurğuladı.

xeyyam-nesibov-teltiv-3

Xəyyam Nəsibov öz növbəsində ona göstərilən etimada görə şəxsən İlyas müəllimə təşəkkür edib, bundan sonra da bu etimadı doğruldacağını bildirdi. Həmkarların qayğı və diqqətini həmişə öz üzərində hiss etdiyini və gələcəkdə də bu prinsiplərə sadiq qalaraq var gücü ilə çalışacağına əmin etdi.

xeyyam-nesibov-teltiv-4

Biz "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının kollektivi olaraq, bu münasibətlə Xəyyam müəllimi səmimi qəlbdən təbrik edirik, ona fəaliyyətində uğurlar, yeni nailiyyətlər və müvəffəqiyyətlər əldə etməyi arzulayırıq.

Sonda xatirə şəkilləri çəkildi.

xeyyam-nesibov-teltiv-1