Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Azpetrol.Ltd” MMC-də Təltif mərasimi keçirilib

  • 01
    07/2021
  • 13:52
  • 110
  • 3
    0
01.07.2021 - 13:52
110
0

30 iyun 2021-ci il tarixində saat 12.00-da "Azpetrol.Ltd" MMC-nin baş direktoru Məmmədov Ceyhun Əhməd oğlu "Azərbaycan Həmkarlar İttifaqları – 115 illik " Yubiley Döş Nişanı ilə təltif olunmuşdur.

DSC_1858

Təltif mərasimində Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov iştirak etmişdi. Xəyyam müəllim hamını salamlayaraq, tədbiri açıq elan etdi və bütün iştirakçılara Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin salamlarını çatdırdı.

Daha sonra Xəyyam Nəsibov bildirdi ki, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının "Azpetrol.Ltd" MMC ilə birgə göstərdikləri fəaliyyəti yüksək dəyərləndirib və illər ərzində əldə edilən nailiyyətləri iki təşkilatın əməkdaşlığının bir nəticəsi olduğunu vurğuladı.

Tədbirin sonunda Xəyyam müəllim "Azərbaycan Həmkarlar İttifaqları – 115 illik" YubiLey Döş Nişanını, ordeni və hədiyyəni Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası adından təqdim edərək,  "Azpetrol.Ltd MMC"-yə fəaliyyətində uğurlar dilədi.

Sonda xatirə şəkilləri çəkildi.

DSC_1857

DSC_1856