Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Tahir Əmiraslanov Azərbaycan Həmkarlar İttifaqı hərəkatında göstərdiyi xidmətlərinə görə təltif edildi

  • 30
    06/2021
  • 13:46
  • 55
  • 4
    0
30.06.2021 - 13:46
55
0

24 iyun 2021-ci il tarixində saat 12.00-da “Azərbaycan Milli Kulinariya Mərkəzi”-nin baş direktoru Tahir Əmiraslanov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Azərbaycan Həmkarlar İttifaqı hərəkatında göstərdiyi xidmətlərinə görə "Azərbaycan Həmkarlar İttifaqları – 115 illik " Yubiley Döş Nişanı ilə təltif olunmuşdur.

tahir-emiraslanov-1

Tədbiri giriş sözü ilə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov açaraq, hamını salamlayıb və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevın salamlarını çatdırdı. Xəyyam müəllim bildirdi ki, "Azərbaycan Milli Kulinariya  Mərkəzi" daimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının diqqətindədir.

Sonra Xəyyam müəllim "Azərbaycan Milli Kulinariya Mərkəzi"nin Milli Mətbəximizə verdiyi mühüm töfhələr, əldə etdiyi nailiyyətlər və keçirtdiyi tədbirlər ilə hər zaman Azərbaycan  kökünə, tarixinə  sadiq olduğunu vurğuladı və bildirdi ki,  Azərbaycan Respublikası “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası olaraq, “Azərbaycan  Milli Kulinariya Mərkəzi”-nin fəaliyyətini hər zaman dəstəkləyib, nailiyyətlərinə sevinib, irəlidə qoyulan hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcək.

Sonda Xəyyam Nəsibov "Azərbaycan Həmkarlar İttifaqları – 115 illik" YubiLey Döş Nişanını, ordeni və hədiyyələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından təqdim edərək, “Azərbaycan Milli Kulinariya Mərkəzi”-nin Vətənimizin işıqlı gələcəyi, xalqımızın rifahı və xoşbəxt güzəranı uğrunda apardığı fədakar fəaliyyətində yeni uğurlar dilədi.

Sonda xatirə şəkilləri çəkildi.

tahir-emiraslanov-2

tahir-emiraslanov-3