Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Xidmət - İş" HİF-də 2020-ci il üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir

  • 11
    06/2021
  • 15:08
  • 40
  • 2
    0
11.06.2021 - 15:08
40
0

"Xidmət - İş" Həmkarlar İttifaqları Federasiyası müəssisələrdə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)  "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin 2020-ci il üzrə qaliblərinin  mükafatlandırılması mərasimi keçirilmişdir.

Federasiyanın xidmətinə daxil olan müəssisə və təşkilatlar arasında  2020-ci ildə keçirilən "Sağlam və təhlükəsiz  əmək  şəraitinin yaradılması üzrə   ilin  ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə sahə və Respublika  üzrə  Baxış Müsabiqədə (Qərar № 12.b 03, 24.07.2020- ci il ) Pandemiya ilə əlaqədar 7 müəssisə iştirak etməyə qərar vermişdir. İcraiyyə Komitəsi Federasiyanın texniki əmək müfəttişliyi və əməyin mühafizəsi  komissiyası Baxış Müsabiqəyə təqdim edilmiş sənədlərlə tanış olarkən,  müəssisədə bədbəxt hadisələrin baş verməməsi , kollektiv müqavilənin bağlanması və müqavilələrdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasından  ötrü pul vəsaitlərinin nəzərdə tutulmasını, Pandemiya zamanı işçilər üçün  sağlam və təhlükəsiz  əmək  şəraitinin  yaradılması  əsas götürmüşdür. Aşkar edilmişdir ki , qalib adına  namizəd olmuş 3 müəssisədə  500-ə yaxın  işçi var. Baxış Müsabiqənin qaliblərinə: "Rəmzı -S”MMC,  "Anadolu qida” MMC və "Santes Makina Təsisat İmalat Sanaye ve Ticaret Limited Şirkəti”  təntənəli şəraitdə  TV təqdim edilmişdir. Təqdimat həmin müəssisələrdə keçirilmişdir. Təbbirdə Federasiyanın vitse-prezidenti İsmayılov Cəmaləddin, baş texniki əmək müfəttişi Tofiq Hüseynov, təşkilat şöbəsinin müdir əvəzi Roza Eyubova, Nərimanov. Binəqədi rayon HİK sədrləri iştirak etmişdir. Müəssisə rəhbərləri  "Anadolu qida” MMC Musayev Rafail İsaq, "Santes Makina Təsisat İmalat Sanaye ve Ticaret Limited Şirkəti”-İlnez Özdemir, "Rəmzı -S”MMC -Allahverdiyev Orxan Rasim və HİK sədrləri Federasiyaya öz minnətdarlığını bildirərək, gələcəkdə də işçilər üçün sağlam və təhlükəsiz iş yerlərin yaradılmasına dair lazımı dəstəklər veriləcəkdir.

Sonda Qalib Müəsissələrə   AHİK – in və  Fəxri Diplomu  və  "Xidmət - İş” Hİ  Federasiyasının qiymətli  hədiyəsi (televizor, diplom)  ilə  mükafatlanlandırılıblar.

20210610_121547

IMG-20210609-WA0017

mat-11-06-2021-01

IMG_8261