Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyi münasibəti ilə təltif mərasimi keçirildi

  • 04
    05/2021
  • 09:54
  • 33
  • 1
    0
04.05.2021 - 09:54
33
0

Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik yubileyi münasibətilə təşkilatın bir neçə əməkdaşı "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının prezidenti İlyas Əliyev tərəfindən Milli Mətbəx irsinin qorunmasında, dünyaya təbliğində, inkişafında, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edilib.

Mükafatlar "Xidmət-İş" HİF-nın vitse-prezidenti Camaləddin İsmayılov tərəfindən təqdim olunmuşdur.

Təltif olunan şəxslər:

  • Əliyeva Mədinə Mehman qızı - kadrlar üzrə aparıcı mütəxəssis;
  • Babayeva Nərmin Asif qızı-  aparıcı tərcüməçi;
  • Rəcəbova Nərmin Səməndar qızı - aparıcı tərcüməçi;
  • İsmayılova Tahirə İsa qızı - mütəxəssis;
  • Səmədova Xəyalə Sabir qızı - baş iqtisadçı.

Şübhəsiz ki, bu cür tədbirlər əməkdaşlara və onların zəhmətinə göstərilən diqqət əməyin hər bir sahəsində fəaliyyətin daha da yüksəlməsinə müsbət təsir göstərib, inkişafına yeni təkan verir.

Sonda xatirə şəkli çəkildi.

amkm-30il-2

amkm-30il-3