Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili

  • 31
    03/2021
  • 12:37
  • 115
  • 1
    0
31.03.2021 - 12:37
115
0

1. Giriş

Qloballaşma şəraitində dünya sivilizasiyası qarşıdurma və münaqişələr, təbii və ekoloji fəlakətlər, miqrasiya proseslərinin, virus pandemiyalarının vüsət alması, və s. kimi məsələlərin səbəb olduğu çağırışlardan getdikcə daha çox əziyyət çəkməkdədir.  

Hazırkı tədqiqat COVID-19 pandemiyasının iqtisadiyyatın qeyri-formal sektoruna və qeyri-formal məşğulluğa təsirinin öyrənilməsinə həsr olunub. Məlumdur ki, bəşəriyyət öz tarixi boyunca yüz mindən  tutmuş (17-19-cu əsrlər: London və Marseldə Böyük Taun və iki vəba pandemiyası)  yüz milyona qədər  insanın  (20-ci əsrdəki İspan qripi) ölümünə səbəb olan ən azı 15 irimiqyaslı pandemiya şahidlik etmişdir. Səhiyyə sahəsində çalışan mütəxəssislər artıq uzun müddətdir ki, yeni ciddi pandemiyanın olacağına  dair xəbərdarlıq edirdilər və insanları buna hazır olmağa çağırırdırlar. Lakin,  dünya COVID-19  koronavirus pandemiyasının  törətdiyi qlobal təhlükəyə hazır olmadığını göstərdi. 

ƏTRAFLI BURADAN OXUYUN (pdf)