Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“İlin peşəkar gənci” fəxri adının təqdimatı

  • 03
    02/2021
  • 16:05
  • 134
  • 2
    0
03.02.2021 - 16:05
134
0

AHİK-in İcraiyyə Komitəsinin qərarının icrası ilə bağlı Sahə üzrə əmək, təhsil və ictimai fəaliyyəti üzrə xüsusi nailiyyətlər əldə etmiş gənclərə 2019-cu ilin yekunlara görə "İlin peşəkar gənci" fəxri adının verilməsi ilə əlaqədar Müsabiqədə iştirak etmiş 17 namizədinin sənədləri Federasiyanın Baxış komissiyasında müzakirə olunmuşdu.

Baxış komissiyanın təqdimatı əsasında qaliblər müəyyən edilib, Federasiya tərəfindən qaliblər Fəxri Diplomlarla təltif olunmuş, onların sənədləri Əsasnaməyə uyğun AHİK-in Müsabiqə Komissiyasına təqdim edilmişdir. Pandemiya ilə əlaqədar AHİK-in Fəxri Fərmanları və "Döş nişan"ları gənclərə: Əkbərov Tamerlan, AKU –nun mətbuat və ictimai işlər xidmət şöbənin rəhbəri, Gənclər təşkilatının sədri, Kərimli Leyla, Azərbaycan Milli Kulinariya Mərkəzinin aparıcı texnoloqu, Quluzadə Günel, "Kurort"QSC "Şıx" sanatoriyasnın kompyuter operatoru, Qurbanov Elvin, "Kartek" firmasının kompyuter mühəndisi, Federasiaynın vitse-prezidenti Camaləddin İsmayılov və Gənclər Şurasının sədri Seymur Nəbiyev təntənəli şəraitdə bu gün təqdim etdilər.

C-2

C-1

C-4

C-3