AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Federasiyanın nümayəndələri AHİK-də Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirdə iştirak ediblər

Dekabrn 11 - də Federasiyanın nümayəndələri  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirdə iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək H. Əliyevin dövlət, xalq qarşısında tarixi xidmətlərindən danışıb.

12.12.14.4Sədr qeyd etdi ki, bu günlərdə ölkəmizin bütün bölgələrində xalqımız ümummilli liderin anım gününə toplaşır, onun iqtisadiyyatımızın inkişafı, mənəvi dəyərlərimizin qorunub saxlanılması naminə gördüyü işləri minnətdarlıqla xatırlayır, ruhuna dualar oxuyur.

Biz uzun illər ulu öndərlə əlaqəli şəkildə işləmişik. O, liderlik fəaliyyətinin bütün dövrlərində həmkarlar ittifaqını diqqət mərkəzində saxlayıb, təşkilatımızın böyük himayəçisi olub. Tövsiyələri, məsləhətləri, ideyaları həmkarlar ittifaqlarının təşkilati baxımdan möhkəmlənməsi, cəmiyyətdə gedən proseslərə təsir göstərə biləcək qüvvəyə çevrilməsi böyük əhəmiyyət kəsb edirdi. Müstəqillik qazandığımız ilk illərdə hakimiyyəti ələ keçirmiş naşı qüvvələr bütün mövcud qurumlara bolşevikcəsinə yanaşaraq onların dağıdılmasına qərar vermişdilər.

Konfederasiya sədri sonra ümummilli liderin əsrin müqaviləsinin bağlanması üçün göstərdiyi siyasi hünərdən də danışıb. O, vurğuladı ki, regionun böyük dövlətləri ona təzyiqlər göstərdilər. Heydər Əliyev təzyiqləri qəbul etməyən liderlərdən idi. Öz fenomen ağlı, siyasi iradəsi ilə bütün təzyiqləri sonda heçə endirdi. Əksər siyasi nəhənglərin belə, əfsanə saydığı ideyanı reallaşdırmağı bacardı.
S.Mehbalıyev dedi: Heydər Əliyev fəaliyyəti illərində Azərbaycan iqtisadiyyatının elə bir təməlini hazırlayıb miras qoyub ki, o heç vaxt sarsılmayacaq.
Natiq bu təməl üzərində ölkə başçısı cənab İlham Əliyevin qurduğu çiçəklənən Azərbaycanın uğurlarından da söz açdı.
Bütün həmkarlar ittifaqı üzvlərini dövlətimizə, onun lideri İlham Əliyevə bundan sonra da dəstək olmağa çağırdı.