AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

21 noyabr 2014-cü il tarixdə Federasiyanın IV Məclisi keçirildi


21 noyabr 2014-cü il tarixdə Federasiyanın IV Məclisi keçirildi. "Sahə təşkilat və müəssisələrdə həmkarlar ittifaqı hərəkatının bu günkü inkişafı və problemləri, motivasiya işinin gücləndirilməsi perspektivləri barədə" məruzə ilə Federasiyanın birinci vitse-prezidenti xanım Sadət Tahirova çıxış etdi. O qeyd еtdi ки, müasir dünya təcrübəsi göstərir ki, cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar olunmasında, o cümlədən əmək hüquqlarının qorunmasında, həmkarlar ittifaqları getdikcə daha böyük rol oynamağa başlayır.

image-21-11-14-12-56-10

Bu mənada həmkarlar ittifaqlarının inkişafı, tutduğu mövqenin davamlı olaraq güclənməsi cəmiyyətin özünün ümdə tələblərindən birinə çevrilir. Bu gün həmkarlar ittifaqlarının fəaliyyəti təkcə işçilərin hüquq və maraqlarının müdafiəsi ilə məhdudlaşmır. Vətəndaş cəmiyyəti strukturlarının formalaşmasında həmkarlar ittifaqları həlledici amillərdən biri kimi çıxış edir. İlk növbədə ona görə ki, həmkarlar ittifaqları vasitəsilə vətəndaşların bir araya gəlməsi daha asandır. Möhtərəm Prezidentimiz İlham Əliyevin azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması sahəsində imzaladığı fərman və sərəmcamlar vətəndaş cəmiyyətinin əsas institutlarından biri hesab edilən həmkarlar ittifaqı strukturlarının fəaliyyət dairəsini daha da genişləndirmiş, onların cəmiyyətdəki rolunun artmasına şərait yaratmışdır. Eyni vaxtda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər həmkarlar ittifaqının vəzifələrini layiqincə yerinə yetirməyə, nüfuz və səlahiyyətlərinin artmasına, həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının qorunmasına, işəgötürənlə işçilər arasında münasibətlərinin tənzimlənməsinə, həmkarlar itifaqlarının maddi vəziyyətinin möhkəmləndirilməsinə xidmət etməkdədir. Bu günkü tələbat - işəgötürənlərlə işgüzar münasibətlərin və dialoqun yaradılmasıdır. Sosial partnyorluq prinsipləri əsasında yaranan münasibətlər "işçi- sahibkar" çərçivəsində sosial əməkdaşlığın inkişafı ilə bağlı məsəllərin həlli üçün önəmlidir, sosial-əmək münasibətlərinin tənzimlənməsinin əsas vasitəsi kollektiv müqavilələrdir.Sahə sazişlərinin və kollektiv müqavilələrin bağlanması, həmin sənədləri imzalayan tərəflərin öz öhdəliklərini necə yerinə yetirmələri Federasiyanın maraq məsələlər sırasındadır. Federasiyanın İcraiyyə Komitəsinin iclaslarında kollektiv müqavilələrin bağlanması üzrə həmkarlar ittifaqı komitələrinin fəaliyyəti müzakirə olunaraq işin yaxşılaşdırılması istiqamətində müvafiq qərarlar qəbul edilmişdir. Təcrübə göstərir ki, kollektiv saziş və müqavilələrin bağlanması sosial-əmək münasibətlərində neqativ halların qarşısını müəyyən dərəcədə alır. Ümumiyyətlə, vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının inkişaf konsepsiyasına əsaslanaraq sahədə fəaliyyət göstərən həmkarlar ittifaqı tşıkilatlarımızın üzvlərimizin sayının qorunub saxlanmasına, möhkəmlənməsinə və həmrəyliyinə çalışırıq. İşəgötürənlərin müqavimətinə baxmayaraq, işçilərin həmkarlar ittifaqı yaratmaq təşəbbüsünü dəstəkləyərək özəl sektorda xeyli həmkarlar ittifaqı təşkilatların yaradılmasına nail olmuşuq. İşəgötürənlərlə qarşılıqlı əlaqə yaratmaq məqsədi ilə Federasiya yerli icra hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Vergilər Departamentinin nümayəndələri, şəhər, rayon komitələri ilə birgə Gəncə, Qazax, İmişli, Sabirabad, İsmayıllı şəhərlərində görüşlər keçirmişdir. Bu gün respublikamızın bütün regionlarında Federasiyanın üzv təşkilatlarının yaranıb fəaliyyət göstərilməsi bizdən yerli icra orqanları ilə işgüzar münasibətlərinin qurulmasını tələb edir. Lakin təəsüf olsun ki, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə hələ də bəzi icra orqanları tərəfindən qanunsuz müdaxilələrə yol verilir. Halbuki vəzifəli şəxslər tərəfindən həmkarlar ittifaqının məhdudlaşdırılması və onların fəaliyyətinə müdaxilə etmək qanunla qadağandır. Belə hallara yol verənlər məsuliyyət daşıyırlar və əlaqədar qurumlar öz fəaliyyətlərində "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası qanunu əsas tutmalıdırlar. Federasiya yeni yaradılmış həmkarlar ittifaqı təşkilatlarındakı problemlərin təhlilinə, onların aradan qaldırılması istiqamətində sahə həmkarlar ittifaqı tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir. Reallıq ondan ibarətdir ki, çox vaxt işəgötürənlə işçilərin maraqları bir-birinin əksinə olur. Belə ki, İşəgötürənlər çalışır ki, işçilərdən,az xərc çəkməklə, istədiyini götürsün. İşçilər isə öz əməklərinin layiqincə qiymətləndirilməsinə çalışırlar.İşçi işəgötürənin ona qarşı qeyri-qanuni hərəkətlərindən təklikdə özünü müdafiə edə bilməz, əmək şəraitinin yaxşılaş dırılması ilə əlaqədar qəbul olunmuş qanunların işləməsinə nail ola bilməz. Bu halda işçi həmişə işəgötürən, hakimiyyət və kapital tərəfindən təziqlərə məruz qalır. Belə təziqlərə məruz qalmamağın yeganə yolu birləşməkdir, birlikdə öz gücsüzlüklərinə qalib gələrək işəgötürənə təziq göstərmək və öz əmək şəraitinin yaxşılaşdırılmasına nəzarət etmək imkanı qazana bilərlər. Bunu həmkarlar ittifaqları üzvlərinə, onlarla çalışan işçilərə seminarların, dəyirmi masaların, görüşlərin vasitəsi ilə çatdırılmasına çalışırıq.Məruzədə qeyd olundu ki, mövcud nöqsanların aradan qaldırılması, həmkarlar ittifaqının nüfuzunun gələcəkdə daha da möhkəmləndirilməsi, işçilərin üzvlüyə cəlb olunması üçün zamanın tələblərinə uyğun üsulların axtarışını davam etdiriləcəkdir.

image-21-11-14-12-56-10

Məruzə ətrafı çıxış edənlər sıralarında Cəfərov Tusi - Qazax RHİK sədri, Muradova Zöhrə - Binəqədi RHİK sədri, Əliyev Novruz - İmişli RHİK sədri, Cəfərov Mirqəfər - Sabirabad RHİK sədri, Cəmaləddin Ismayılov - Federasiyanın vitse-prezidenti var idi. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunmuşdur.

Çıxış edənlər:

1.Cəfərov Tusi- Qazax RHİK sədri öz iş fəaliyyətindən danışaraq bildirdi ki. Məruzədə qeyd etdiyi kimi bu gün işçiləri həmkarlar ittifaqı fəaliyyətindən məlumatlandırılmasından, həmkarlar ittifaqı liderinin işgüzarlığından, həmkarlar ittifaqları fəallarının və sıravi üzvlərin arasıkəsilməz səmərəli təlim sisteminin qurulmasından çox şey asılıdır. Buna misal "Sal oğlu" firmasında həmkarlar ittifaqı təşkilatının yaradılmasıdır.

2.Muradova Z.-Binəqədi RHİK sədri bildirdi ki, məruzədə toxunduğu mühüm məsələ bizim işimizin strateji yoludur, lakin qeyd etdi ki, yenədə sahə prinsipi saxlanılırmır və bir təşkilata bir neçə həmkarlar ittifaqı işçisi daxil olur və sonralar məlum olur ki, həmin təşkilat "baş ağramasın" deyə bir neçə HİK-rə üzvlük haqqı ödəyir. Məruzədə qeyd olundu ki, həmkarlar ittifaqları təşkilatı işçilərin və həmdə sahibkarın real müdafiəsini təşkil etməyə biləlrlər. Məncə bir iki nümunə olsa işçilər bizə inanarlar.

3.Əliyev N.-İmişli RHİK sədri çıxışında bildirdi ki, məruzədə qeyd olduğu kimi həmkarlar motivasiya vara.amma çox vaxt bu qanunlar işləmir: məsələn bir təşkilatın kollektivi özləri mənə müraciət edərək həmkarlar ittifaqı yaradıb,bizdə qeydiyyatda durmaq istədilər və durmuşdular,lakin bir müddət sonra həmin təşkilatının yuaxarı rəhbərliyinin təziqi altında başqa HİRK-də keçməli olublar.

Belə nümunələr var və biz istərdik ki, sahə prinsipi hamı üçün olsun.Sonda deyə bilərəm ki, əlbətdə, məruzədən edilən nəticələr bizim üçün vacibdir və bizi o istiqamətdə işləməyə yönəldir.

4.Cəfərov M.- Sabirabad RHİK sədri qeyd etdi ki, məruzəni böyük məmuniyyətlə dinlədik, əlbətdə bir də oxuyandan sonra bütövlüklə məruzəni dərk edəcəyik. Ağırlarımız birdir, istəyimiz bir, mən razıyam ki, bu gün həmkarlar ittifaqı liderinin işgüzarlığından həmkarlar ittifaqları fəallarının və sıravi üzvlərin həmkarlar ittifaqı barədə mövqeyini yaradır.

Məclisdə Məclis üzvü, birinci vitse-prezident Sadat Tahirova sahə həmkarlar ittifaqı hərəkatının inkişafına mühüm şəxsi töhfəsini, Beyəlxalq İctimai Birlik :Ticarət, İctimai İaşə,İstehlak Kooperasiyası və digər sahibkarlıq sahələri İşçilərinin Həmkarlar İttifaqı Konfederasiyasının işində uzunmüddətli, fəal iştirakını nəzərə alaraq Ümumhəmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanla və Məclis və İcraiyyə Komitəsinin üzvü, “Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası”nın sədri Nuriyev Fikrət Lütvəli oğlu uzunillik əmək fəaliyyəti, həmkarlar iitifaqı işində fəal iştirakı və 65-illik yubileyi ilə əlaqədar olaraq, Federasiyanın Fəxri Fərmanı və qiymətli hədiyyə ilə təltif olundular.

Bununla Məclis öz işni bitirdi.