AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

banner_logo-garabakh

FOTOQALEREYA

Pandemiya dövründə qeyri-formal sektorun fəaliyyəti

zoom-yanvar

Dekabrın 23-də "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının onlayn formatda növbəti V Məclisi keçirilib. Məclis "Pandemiya dövründə qeyri-formal sektorun fəaliyyəti" mövzusunda məsələyə baxıb.

Məclis öz işini bir dəqiqəlik sükütlə Vətən Müharibəsinin şəhidlərini yad edib. Ali baş komandanı, şanlı ordumuzu, bütün azərbaycan xalqını Zəfər bayramı ilə təbrik edərək, Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov məruzə ilə çıxış edib.

Məruzədə deyilib ki, qeyri-formal iqtisadiyyat dövlətçiliyin təməl prinsiplərinə ziddir. İşçiləri sosial təminatlardan və hüquqi müdafiədən məhrum edir. Belə neqativ halın təməl səbəblərindən biri qeyri-formal məşğuliyyətə razılaşan işçilərin hər hansı müqaviləyə, sadəcə, bir formallıq kimi baxmasıdır. Bu təməl problemi aradan qaldırmaq üçün əmək və ya mülki müqavilənin işçini yalnız kağız üzərində deyil, real olaraq qoruduğunu gerçək misallar, məhkəmə cəzaları üzərində sübut etmək gərəkdir. Həmçinin işəgötürənlər arasında işçilərlə münasibətlərdə əmək müqaviləsinin uyğunluğunu monitorinq edən qiymətləndirmə sistemini tətbiq etmək lazımdır. Monitorinqi, təsirli etmək üçün, həvəsləndirici tədbir kimi həyata keçirmək olar. İşçilərlə münasibətləri müqaviləyə uyğun həyata keçirən, işçilərin sosial təminatına məsuliyyətlə yanaşan işəgötürənlərə həvəsləndirici tədbirlər tətbiq etmək olar. Cəmaləddin müəllim son illər dövlətimizin qeyri-formal iqtisadiyyata qarşı apardığı mübarizə və onun nəticələri barədə məlumat verdi. Bildirdi ki, "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" çərçivəsində tapşırıqların icrası istiqamətində fəaliyyət davam etdirilir: Qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud normativ, hüquqi bazanın daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, o cümlədən qanunvericiliyə dair dəyişikliklər üzrə bir sıra layihələr qəbul edilmiş və bu sahədə yeni təkliflərin hazırlanması təmin edilmişdir. Belə ki, cari ilin ilk yarısında əmək müqaviləsi ilə işləyənlərin sayı 107 272 nəfər artaraq 01 iyul 2020-ci il tarixinə 1 661 692 nəfər təşkil etmişdir. İlin əvvəlindən qeyri-dövlət sektorunda əmək müqavilələrinin artımı 110 min olmuşdur. Məlumat üçün, Komissiyanın yaradıldığı dövrdən hesabat müddətinə muzdlu işçilərin sayı 386 573 nəfər və ya 30,3 faiz artmışdır. 2020-ci il 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı cari ilin ilk yarısında 235 836 nəfər və ya 6 faiz, sığortaedənlərin sayı isə 93 520 nəfər və ya 6,5 faiz artmışdır.

C.İsmayılov pandemiya dövründə işləyən əhaliyə, xüsusilə qeyri-formal iqtisadiyyatda çalışan insanlara dövlət qayğısından, bu işdə həmkarlar ittifaqı təşkilatının iştirakından da söz açdı. Dedi ki, pandemiya zamanı 600 min vətəndaşa minimum əməkhaqqı miqdarında dördqat maddi yardım göstərildi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 30 min adama 1 milyon 306 min manat məbləğində maddi yardım etdi. 76 şəhər və bölgə daxil olmaqla, 3900 nəfərə 68 ton ərzaq məhsulu paylandı.

Gündəlikdə duran məsələyə Federasiyanın prezidenti İlyas Əliyev də münasibət bildirdi. Qeyri-formal məşğulluqla mübarizədə həmkarlar ittifaqlarının aktiv rol oynadığını və real imkanlara malik olduğunu diqqətə çatdırdı. Bildirdi ki, hər il, istər beynəlxalq, istərsə də respublika səviyyəsində, AHİK-in təşkilatçılığı və iştirakı ilə qeyri-formal məşğulluğa dair konfranslar, seminarlar, dəyirmi masalar keçirilir. Təbii ki, bütün bu tədbirlərin əsasında maarifləndirmə missiyası durur. İ.Əliyev Məclis üzvlərinin nəzərinə çatdırdı ki, biz bu işdə yeni formalar, yeni yanaşmalar axtarıb tapmalıyıq. Qeyri-formal məşğulluğa şərait yaradanlardan ən azı bir addım irəlidə olmalıyıq.

Müzakirələrdə Məclis üzvləri Federasiyanın vitse-prezidenti Xəyyam Nəsibov , Sabirabad rayon komitəsinin sədri Mirqəfər Cəfərov, Binəqədi rayon komitəsinin sədri Zöhrə Muradova, Quba rayon komitəsinin sədri Həlimə Əfəndiyeva, "MUM" ASC-nin HİK sədri Reyhan Əliyeva çıxış etdilər.

Sonda müvafiq qəraralar qəbul olundu.