AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fəallar

saglam-tehlukesizemek

"Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi altında 2019-cu ildə keçirilmiş sahə və Respublika baxış-müsabiqəsində "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının xidmətinə daxil olan 15 müəssisə iştirak etmişdir. Müsabiqənin gedişi müddətində Federasiyanın texniki əmək müfəttişi və əməyin mühafizəsi komissiyasının üzvləri həmin müəssisələrə getmiş, vəziyyətlə maraqlanmış, materiallarla tanış olmuşlar. 4 ən yaxşı müəssisə sahə üzrə qalib adına layiq görülən müəssisələrin sənədləri AHİK-in İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilmişdir.

İcraiyyə Komitəsi baxış-müsabiqəyə təqdim edilmiş sənədlərlə tanış olarkən müəssisədə bədbəxt hadisələrin baş verməməsi, kollektiv müqavilələrdə əməyin mühafizəsinə dair bölmənin əhatəliyi, konkretliyi, təhlükəsiz əmək şəraiti üçün ayrılan pul vəsaitinin həcmi və istiqaməti üzrə xərclənməsi və sair mühüm məsələləri əsas götürmüşdür. Dörd müəssisənin göstəriciləri bu tələblərə tam cavab verdi. Qalib müəssisələrdə 800-ə yaxın işçinin iş şəraiti yaxşılaşdırılmış, təhlükəsiz əməyi təmin edilmişdir. Bundan ötrü müəssisə və təşkilatlar Əmək Məcəlləsinin 220-ci maddəsinin tələblərinə uyğun olaraq, işçilərin illik əməkhaqqı fondunun 2 faizindən az olmayaraq vəsait xərcləmişlər. Beynəlxalq həmkarlar ittifaqı hərəkatının təşəbbüsü ilə "Layiqli əmək - ədalətli sosial iqtisadiyyata gedən yoldur" şüarı altında keçirilən tədbirlərdə Federasiyanın aparat işçiləri və Məclis üzvləri də iştirak etmişlər. Onlar mühazirələr oxumuş, müvafiq məsləhət və tövsiyələr vermişlər. Əməyin mühafizəsinin təkmilləşdirilməsi, gənclər və qadınlar arasında peşə təhsili sisteminin, işçilərin əmək hüquqlarının müdafiəsi məsələləri mövzusunda təşkil edilən seminarlara ilk həmkarlar ittifaqı təşkilatı sədrləri, fəalları da cəlb olunmuşdur.

Dekabrın 11-də Federasiyada müsabiqənin qaliblərinə - "Carlsberq Azerbaijan" MMC-nin (direktor Vyaçeslav Maltsev, HİK sədri Tural Niftaliyev), "Azpetrol LTD" MMC "Sumqayıt 2" yanacaqdoldurma məntəqəsinin (direktor Əlişir Quliyev, HİK sədri Sabir Məmmədov), Bakı Turizm Peşə Məktəbi (direktor Neylüfər Kərimova, HİK sədri Zöhrab Əliyev), "Saloğlu" fərdi firmasının (direktor Zaur Əhmədov, HİK sədri Fuad İbrahimov) nümayəndələrinə AHİK-in diplomları və qiymətli hədiyyələr təqdim olundu.