AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Ruhun Şad Olsun Qismət…

shehid-accesbank-qazax

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı siyasət və tutduğu mövqe xalqımızda ruh yüksəkliyini və qürur hissini daha da artırıb.

2020-ci il Sentyabr ayının 27-dən başlayan Vətən Müharibəsi hər gün yeni qələbələrlə xalqımızı sevindirdiyi qədər, bir o qədər də bizi kədərləndirir. Rəşadətli ordumuzun apardığı döyüşlər nəticəsində düşmən tərəfindən itki çox olsa da, böyük kədər hissi ilə bildirməliyik ki, bizim Türk oğullarımız da öz ərazi bütövlüyünü və doğma torpaqlarımızı işğaldan azad etmək naminə Şəhidlər Zirvəsinə ucalırlar.

Onlardan biri "Access Bank" Açıq Səhmdar Cəmiyyətinin Qazax Filialında çalışan 03.11.1988-ci il təvəllüdlü Həməşəyev Qismət Oruc oğludur.

Qismət kimi oğullarımız vətənpərvərlik nümunəsini göstərib, gənc nəslin cəsarətlə addımlamasına, Vətənin keşiyində mətin duracaqları üçün zəmin yaradırlar.

Həməşəyev Qismətin və itirdiyimiz bütün Şəhidlərimizin ruhu qarşısında baş əyib, onların ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Ruhun Şad olsun Qismət…

Şəhidlər ölməz,
Vətən bölünməz!