AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Xidmət–İş” Həmkarlar İttifaqları Federasiyasının III MƏCLİSİ

"Xidmət –İş" Həmkarlar İttifaqları Federasiyasının III MƏCLİSİ 27 dekabr 2013-cü il keçirilib. Məclisin Gündəliyi:

  1. Federasiyanın III Qurultayının qərarlarının yerinə yetirilməsi barədə
  2. Federasiyanın İcraiyyə Komitəsinin 04 b.01.29.03.13 tarixli qərarın təsdiqi barədə
  3. Federasiyanın İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər edilməsi barədə
  4. Federasiyanın 2013-cü ildə büdcəsinin yerinə yetirilməsi və 2014-cü ilə büdcənin təsdiq edilməsi barədə

SAM_0385"Xidmət-İş" Hİ Federasiyasının III Qurultayından keçən dövr ərzində Qurultayın qərarlarının yerinə yetirilməsi barədə məruzə ilə Federasiyanın birinci vitse-prezidenti S.Tahirova çıxış elədi. Məruzədə qeyd olundu ki, Federasiya işə götürənlərlə işgüzar danışıqlar aparmaqla, əməkdaşlığı gücləndirməklə , beynəlxalq əlaqələrini möhkəmləndirməklə, həmkarlar ittifaqı üzvlərinin hüquqlarını qorumaqla, həmkarlar ittifaqı nüfuzunu artırmaqla çalışmışdır. Hazırki şəraitdə Federasiyanın üzv təşkilatlarla əməkdaşlığı , fəallarının və üzvlərinin təşkilati birliyinin gücləndirilməsi həmkarlar ittifqının mövqeyini möhkəmləndirir.

Dövrün tələblərinə müvafiq olaraq təşkilatı işlərin səviyyəsinin artırılmasına həmkarlar ittifaqının müxtəlif sahələrdə fəaliyyətini əks etdirən iş yerində işəgötürən və işçi arasında olan menasibətlər, iş yerində qadınlara qarşı ayrı seçkilk ilə mübarizə, özəl və birgə müəsissələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının zəruriliyi və bu istiqamətdə sahə həmkarlar ittifaqının vəzifələri, kollektiv müqavilələrin bağlanmasında həmkarlar ittifaqının tutduğu mövqeyi, Federasiyanın apardığı təşkilati işlər öz müsbət təsirini göstərir."Xidmət-İş" Hİ Federasiyasının III xidmətində olan Müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə, əməyin mühafizəsi normalarına əməl edilməsi, sağlam və təhlükəsiz iş şəraitininn təmin edilməsi, ittifaq üzvlərinin sağlamlıqlarının qayğısına qalması istirahətlərinin təşkili məsələlərinə yönəldilmiş tədbirlər həyata keçirmişdir. Görülən işlərə baxmayaraq ,ittifaq üzvlərinin sosial mənafelərinə mənfi təsir göstərən problemləri araşdırıb, həlli yollarının müəyyənləşdirilməsi, onların aradan qaldırılması məsələlərinə diqqət yetərincə olmamışdır. İranə Balayeva-"ATA Sığorta" ASC HİK sədri məruzə ətrafında çıxışında bildirdi ki.özü həmkarlar ittifaqı sədri vəzifəsinə təzə seçilmişdir və həmkarların işini bilmirdi. Ötən müddət ərzində məni də, başqa ilk HİT –nın sədrləri kimi, Federasiyanın (çox yaxşı haldır) İcraiyyə Kolmitəsinin iclaslarına dəvət edirlər və biz bundan bəhrələnə bilirik.Keçən il Federasiyanın İcraiyyə Kolmitəsinin sentyabr ayında keçirilən iclasında iştirak etmişdim.Mən həmkarlar ittifaqının əsas vəzifəsi olan Hİ üzvlərin müdafiəsinin şahidi oldum. Buna görə də hesab edirəm ki, Federasiyanın işi bəyənilməlidir. Samirə Quliyeva-"Moskva"ASC HİK sədri bildirdi ki, doğrudanda bu il sınaq ili kimi olub.AHİK IV Qurultayı mənə çox yaxşı təsir bağışladı.

Qurultaydan sonra apardığımız işı başqa bir mövqeydən baxmağa başladım.Təşkilatımız çox vaxt Federasiya tərəfindən aparılan tədbirlərdə fəal iştirak edir.bütün verdiyi tapışrıqları vaxtında yerinə yetirir.Amma təəsüf ki.heç bir Müsabiqədə xeyli vaxtdır iştirak etmirik. Bu məsələ gündəmdə qalmaqdadır.Selcan Teymurlı- Azərbaycan Dəniz Balıq Sənaye Kollecinin Gənclər təşkilatının sədri xususi ilə Federasiya tərəfindən gənclərlə apardığı işlərdən danışdı,belə ki, hər il sahənin Bakı şəhəri üzrə həmkarlar ittifaqları təşkilatların gənclərlə iş üzrə komissiyaların və Gənclər Şuralarının üzvləri ilə Federasiyada görüş keçirilir, geniş fıkir mübadiləsi aparılır, görülən işlər və qarşıda duran vəzifələr və tədbirlər planı müzakirə edilir. Bu il xüsusi ilə qeyd etmək istəyirəm, Federasiyanın İK 05 b 07 ə. qərarına əsasən təsdiq olunmuş Ümummilli lider, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 90 illiyinə həsr olunmuş tədbirlər planının icrası ilə əlaqədər “ Heydər Əliyev və həmkarlar ittifaqları ” Yaradıcılıq Dekadasında fəal iştirakına görə Federasiya Bakı Biznes və Kooperasiya Kollecinin, Bakı turizm peşə məktəbinin, Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin Azərbaycan Kooperasiya Universiteti Azərbaycan Mərkəzi Kooperativlər Ittifaqı "Azərittifaq"-nın kollektivlərini Federasiyanın Diplomları ilə mükafatlandırılmışdır. Yadda qalan tədbirlərdən biri 13 sentyabr 2013-cü il tarixdəFederasiyasımn Gənclər Şurası AR Prezidentin regionlarda "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində apardığı görüşlərin müzakirəsinə aid dəyirmi masanın keçirilməsi olmuşdur. Bizim təşkilatımızda da müəyyən tədbirlər keçirilir, hansılarda ki Federasiyanın nümayəndələri iştirak edir.

Gündəlikdə olan məsələlərin müzakirələrindən sonra müvafiq qərarlar qəbul olunmuşdur.


SAM_0376