AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Nifrətlə yanaşı, gələcəyə inam da ifadə olunurdu

xocali-2020-1

"Xocalı soyqırımı", təbii ki, bir an belə unudulması mümkün olmayan ümumxalq faciələrimizdəndir. Bu qətliam ermənilərin yüz ildən çox bir müddətdə xalqımıza qarşı təbliğ olunan nifrətinin daha bir cinayət tərkibli təzahürü idi. Böyük imperiyaların işğalçılıq siyasətinin icraçıları kimi torpaqlarımıza yerləşdirdiyi və artıq "qonşu" adlandırdığımız hayların xislətinə yaşlı nəsil yaxşı bələddir. Müasir soydaşlarımızdan elə bir insan tapılmaz ki, hayların son 100 ildə Bakıda, Qubada, Şamaxıda, Qarabağda və Respublikamızın bir neçə bölgəsində həyata keçirdikləri quldur basqınlarından, qəfil namərd hücumlarından onların yaxın, uzaq qohumlarından, doğmalarından kimsə əziyyət çəkməsin.

Həqiqətləri uşaqlar da bilməlidirlər ki, gələcək nəsil dostunu, düşmənini yaxşı tanısın. Təqdirəlayiq haldır ki, dövlətimizin yeritdiyi siyasət bu tanıtıma xidmət edir.
Bu sözlər "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasında təşkil olunmuş "Xocalı soyqırımı uşaqların gözü ilə" rəsm sərgisində səsləndirildi. Federasiyanın birinci vitse-prezidenti Sadət xanım Tahirova bildirdi ki, 2020-ci ilin 26 fevral tarixdə açılışını etdiyimiz sərgi iki gün əvvəldən - fevralın 24-dən tamaşaçıların ixtiyarındadır. Biz bu sərgi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü olduğu -"Xocalıya ədalət!" beynəlxalq kampaniyaya qoşulduq. Sərgidə nümayiş olunan rəsmlər sahə Həmkarlar İttifaqının 15 nəfər işçisinin Federasiyanın İcraiyyə Komitəsinin elan etdiyi müsabiqədə qalib gəlmiş uşaqlarının əl işləridir.

Sərginin açılış mərasimində Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Düzü, adam təsəvvür edə bilmirdi ki, hiss, həyəcan doğuran, rənglərin mövzuya uyğun seçildiyi bu rəsmlərin müəllifi 5-10 yaşlarında uşaqlardır. Bu rəsmlərdə kədər, nifrətlə yanaşı, gələcəyə inam da ifadə olunurdu.

xocali-2020-2