AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasında müqəddəs kitabımız “Qurani-Kərim”in izahlı tərcüməsinə həsr olunmuş görüş keçirilib

muqeddes-kitab-1

25 dekabr 2019 - cu il tarixində "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasında (HİF) Sənətşünaslıq üzrə elmlər doktoru, professor Səbirə Şəfi qızı Dünyamalıyevanın tərcümə etdiyi müqəddəs kitabımız "Qurani-Kərim"in təqdimatı keçirildi. "Xidmət-İş" HİF-nın vitse-prezidenti Camaləddin İsmayılov hamını salamlayaraq, bildirdi ki, bizim görkəmli ziyalılarımız, ədiblərimiz, tarixçilərimiz Mir Məhəmməd Kərim ağa Mircəfərzadə, Vasim Məmmədəliyev, Ziya Bünyadov və digərləri "Qurani-Kərim"in tərcüməsini həyata keçirərək, cəmiyyətə təqdim etmişdilər. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap edilmiş, müqəddəs kitabımız "Qurani-Kərim"in türk dilindən azərbaycan dilinə tərcüməsinin müəllifi Səbirə Dünyamalıyeva olduğunu və bu tədbirin "Qurani-Kərim"in enmə sırası ilə təbyini (izahlı tərcüməsi) I-ci cildin təqdimatına həsr olunduğunu bildirdi.

Sonra söz professor Dünyamalıyevaya verildi. İlk öncə Səbirə xanım göstərilmiş diqqət və qayğıya görə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasına öz minnətdarlığını bildirdi. Səbirə xanım türk dilindən azərbaycan dilinə tərcümə edilmiş "Qurani-Kərim" kitabı haqqında öz qeyd və fikirlərini tədbir iştirakçılarına çatdırdı. Müəllif oxuculara Tanrının qüdrəti ilə və Məhhəmməd Peyğəmbərin (s.a.s.) vasitəçiliyi ilə yaranan müqəddəs kitab "Qurani-Kərim"i ardıcıllıqla oxusaq, heç bir suala ehtiyac qalmayacağını və bizlərə göndərilən hər kəs tərəfindən asanlıqla anlaşılan bir mətn olacağını vurğuladı.
Dinləyicilər arasında görüş böyük marağa səbəb oldu, iştirakçılar arasında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkildi.

muqeddes-kitab-2

muqeddes-kitab-3